5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü
Biologiya fakültəsinin “Biologiya müəllimliyi” ixtisası üzrə təhsil alan 143A və 144A qrup tələbələrinin “Biologiyanın tədrisi metodikası” fənnindən növbəti dərsi “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü”nə həsr olunmuşdur. Fənn müəllimi Səma Əhmədlinin tədris etdiyi dərs Azərbaycanda Qlobal ekoloji problemlər, biomüxtəlifliyin qorunması mövzusuna həsr edildiyi və təbiətlə birbaşa əlaqəli olduğu üçün dərs Bakı Dövlət Üniversitetinin həyətyanı sahəsində keçirilib. Dərs zamanı tələbələr müxtəlif şüarlarla hər kəsi Təbiəti qorumağa və mühafizə etməyə çağırıblar. Dərsin gedişatı zamanı İçtimai televizayanın "Sabahın Xeyir Azərbaycan " verilişi ilə canlı bağlantı olub. Canlı yayım vasitəsilə tələbələr, təbiəti qorumaq yalnız bioloq və ekoloqların deyil, hər kəsin mənəvi borcu olduğunu qeyd ediblər. Eyni zamanda müharibə dövründə erməni vandalizmi nəticəsində meşələrimizə, qoruqlarımıza, təbii sərvətlərimizə, genofondumuza, biomüxtəlifliyimizə dəyən zərərdən danışılıb. Qeyd edilib ki, bir məktəbin və ya bir binanın tikintisinə bir neçə illər lazımdısa, bir növün bərpa olunmasına bir neçə onilliklər lazımdır. Təbiət bizə verilən ən dəyərli nemətdir və biz onu sadəcə bir gün deyil, hər gün qorumağı özümüzə borc bilməliyik.