31 Mart soyqırımı
31.03.2023-cü il tarixində Biologiya fakültəsində TGT Biologiya və THİK Biologiya təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, fakültənin professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edirdi. İlk olaraq, Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının əməkdaşı, Azərbaycan tarixi kafedrasının doktorantı Səidə Mehrəliyeva 31 Mart Azərbaycanlıların Soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş vəhşiliklər barədə məruzə etdi. O qeyd etdi ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Tədbir tələbə Kəmaləddin Hüseynovun “Dünyanı qoruyaq soyqırımlardan” şeiri və Günel Bağırovanın hazırladığı videoçarx ilə yekunlaşdı.