XOCALI FACİƏSİNİN ANIM GÜNÜ
24 fevral 2021-ci il tarixində Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinin anım gününə həsr olunmuş "Unudulmaz hüzn yaddaşımız" adlı tədbir keçirilmişdir.
Tədbir fakültənin IV kurs tələbəsi Dürdanə Rəcili tərəfindən açıq elan olunmuş, daha sonra fakültənin dekan müavini Musa Cabbarov çıxış edərək faciə qurbanlarının xatirəsinə həsr olunmuş bu kimi tədbirlərin önəmindən bəhs etmişdir.
Tədbirin davamında fakültə tələbələri Səmayə Tağızadə və Məhəmmədəli Məmmədli tərəfindən hazırlanmış təqdimat təqdim olunmuşdur.
Tədbirin qonağı, Mirzə Ələkbər Sabir fondunun təsisçisi və prezidenti, dosent Sevda Tahirli faciə ilə bağlı, xüsusi ilə Əlif Hacıyevin qəhrəmanlığına, Dürdanə Ağayevanın Xocalı faciəsi zamanı yaşadıqlarına diqqət çəkmiş, səsimizi dünyaya çatdırmaq üçün birlik nümayiş etməli olduğumuzu vurğulamışdır.
Tədbirin bədii hissəsində Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunmuş və tədbir Dürdanə Rəcili tərəfindən sonlandırılmışdır.