22 may Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universiteti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti birgə Şirvan Milli Parkında 22 May – Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə ETSN-nin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin, Saylan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, qeyr-hökümət təşkilatlarının əməkdaşlarının və BDU Biologiya fakültəsinin əməkdaş və tələbələri iştirak edib. İlkin olaraq BDU tələbələri Biomüxtəliflik Gününə həsr olunmuş sərgi ilə tanış oldu.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva tədbiri giriş sözü ilə açaraq Bioloji Müxtəliflik Gününün əhəmiyyətindən, Nazirliyin son illər nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpası istiqamətində həyata keçirdiyi layihələrdən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və gələcək perspektivlərdən bəhs etdi.
Sonra Şirvan Milli Parkının direktoru Seymur Kərimov Milli Parkda mühafizə olunan və Azərbaycan Respublikasının “Qırmızı Kitab” növlərinin bərpa və reintroduksiya işləri haqqında tələbələri məlumatlandırdı.
Sonda Fakültənin əməkdaşları Yusif Abiyev və Sevinc Məmmədova tələbələri Milli Parkda yayılmış bitki və heyvan növləri ilə əyani tanış etdi.