2025-ci ilin yekununa dair Fakültə Elmi Şurasının iclası keçirilmişdir

26 dekabr 2025-ci il tarixində Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası (№ 11/2025) keçirilmişdir.
İclasın gündəliyində 2025/2026-cı tədris ilinin payız semestri üzrə bakalavriat və magistratura səviyyələrində imtahan sessiyasının təşkili məsələsi müzakirə olunmuş, imtahanların keçirilmə qaydaları, qrafiki və qiymətləndirmə mexanizmləri ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
Daha sonra 2025-ci il ərzində Biologiya fakültəsinin kafedraların fəaliyyəti və professor-müəllim heyəti tərəfindən yerinə yetirilmiş elmi tədqiqat işlərinin hesabatı dinlənilmiş, əldə olunan nəticələr, nəşr fəaliyyəti, layihələr və gələcək elmi prioritetlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İclas cari məsələlərin müzakirəsi ilə davam etmiş, fakültənin tədris və elmi fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.