11-ci Beynəlxalq elmi konfrans davam edir
Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı 11-ci Beynəlxalq elmi konfrans davam edir.
Bu gün konfransda Ayça Ergülün “Zebra balığında neyrodegenerativ xəstəliyin modelləşdirilməsi”, Ayaz Dinçerin “Türkiyədə konservasiya istiqamətli bioloji tədqiqatlar”, Svetla Danovanın “Süd turşusu bakteriyasi və sağlamlıq - məqsədə necə nail olunmalı”, Fərəh Sayımın “Qırmızı qurbağa (Bombina bombina) növü ekotoksikoloji test orqanizm kimi”, ICESCO-nun sektor müdiri, professor Rahil Qəmərin “Güclü genomiks: perspektivləri və gələcək potensialları”, Esra Ersoy Öməroğlunun “Arsenlə çirklənmə şəraitində çəltik becərilməsinin təkamülü və arsenat metabolizə edən və metanogen bakteriyalar” adlı məruzələri dinlənilib.
5 bölmədə davam edən konfrans bu gün başa çatacaq.