Kafedra haqqında

Biofizika kafedrası 1976-1977-ci tədris ilində yaradılmışdır. Kafedranın yaradıcısı və ilk müdiri b.e.d., prof. Tofiq Hüseyn oğlu Məmmədov olmuş, o, 1993-cü ilə kimi, yəni ömrünün sonuna kimi kafedraya rəhbərlik etmişdir. Kafedraya 1993-2011-ci illərdə b.e.d., prof. Xanlar Dayyan oğlu Abdullayev, 2011-ci ildən isə b.e.d. prof. Ralfrid Əhəd oğlu Həsənov rəhbərlik etmişdir.

Respublikamızda Biokimya kafedrası ilk dəfə 1940-cı ildə Bakı Dövlət Universitetində yaranmışdır. Həmin kafedraya prof. V.Malenyuk, sonralar H.Səfərov və Ə.Abdullayev rəhbərlik etmişlər. 1956-cı ildə bu kafedranın fəaliyyəti dayandırılmışdır. Lakin, 1972-ci ildə prof. A.Ə.Quliyevin təşəbbüsü ilə Biokimya kafedrası yenidən fəaliyyətə başlamış və 2019-cu ilə qədər onun rəhbərliyi altında fəaliyyət göstərmişdir.

2019-cu ildə aparılmış bəzi islahatlarla əlaqədar olaraq Biofizika və Biokimya kafedraları birləşdirilmişdir. Yeni yaradılmış Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov təyin edilmişdir.

Hazırda kafedrada 17 əməkdaş, o cümlədən 2 professor,  6 dosent, 3müəllim çalışır. 

Kafedrada stres-davamlılıq reaksiyalarının biofiziki, biokimyəvi və na­nomiqyaslı mexanizmləri öyrənilir. Kafedranın nəzdində fəaliyyət göstərən "Biotexnologiya" elmi-təd­qiqat laboratoriyasının elmi fəaliyyəti sayəsində yosunların biotexnologiyası, biotexnoloji imkanların enerji və qida təhlükəsizliyinə yönəldilməsi sahəsində mühüm eksperimentlər həyata keçirilir və praktiki əhəmiyyətə malik nəticələr əldə olunur. Kafedra dünyanın bir sıra aparıcı universitetləri ilə sıx əməkdaşlıq edir.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət