Ölkədaxili əməkdaşlıq

Biologiya fakültəsi ölkədə fəaliyyət göstərən, dövlət və özəl müəssisələrlə  geniş şəkildə əməkdaşlıq edir. Fakültənin elmi-pedaqoji, elmi tədqiqat işlərinin aparılması sahəsində digər institutlarla birgə fəaliyyəti, universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədbirlərin keçirilməsi, birgə elmi nəşrlərin təsis edilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mütəxəssis hazırlığı səviyyəsinin tələblərə uyğunlaşdırılması, əməkdaşlıq çərçivəsində müxtəlif birgə layihələrin hazırlanması oldquca əhəmiyyətlidir. Fakültənin elmi potensialı  Molekulyar Biologiya və Biotexnologiya İnstitutu, Botanika İnstitutu, Akademik Abdulla Qarayevin adına Fiziologiya İnstitutu, Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Zoologiya İnstitutu, H.Zərdabi adına Təbiət Tarixi Muzeyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Balıqçılıq İnstitutu, Dendrologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı və Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməyə imkan verir. Göstərilən təşkilat və müəssisələr fakültədə təhsil alan tələbələrin elmi və təhsil təcrübələrinin təşkilində, əməkdaşların ixtisas artırılmasında fəal iştirak edirlər. 

 

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət