Tələbə həyatı

Tələbəlik insan ömrünün  əvəzedilməz, yaddaşlardan silinməz dövrüdür. Tələbəlik həyata müstəqil addım atan insanın ilk yoldur, bu yol həmin insanın inkişaf  etməsi, gələcəyinin təmin edilməsinin əsasını təşkil edir. Bu dövr ərzində insan gələcək həyatı üçün  qarşısına məqsədlər qoymalı və bu məqsədlərə doğru hərəkət etməlidir.  Tələbəlik mübarizələrlə dolu həyata hazırlıq dövrüdür. Bu hazırlıq dövründən səmərəli bəhrələnən gənc sabahkı gün  ailəsi üçün, universiteti üçün, xalqı və Vətəni üçün lazımlı şəxsiyyət, mütəxəssis və ya alimdir.

Tələbələr təhsil aldıqları dövrdə  qalıq biliyini, bacarıq və vərdişləri yüksəltmək istiqamətində təkmilləşməklə bərabər  tələbə  asudə vaxtı da səmərəli təşkil olunmalıdır.

Biologiya fakültəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə mütəmadi olaraq paytaxt və regionlarda yerləşən muzeylərə, tarixi abidələrin yerləşdiyi məkanlara ekskursiyalar təşkil edilir. Son dövrlər Universitetdə tələbələrin hərtərəfli inkişafı üçün xüsusilə geniş şərait yaradılmışdır. Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinə ekskursiyaların təşkil edilməsi fakültəmizin tələbələrinin təbiətə olan marağını daha da artırır. Bu gün Bakı Dövlət Universitetində  fəaliyyət göstərən İdman-sağlamlıq mərkəzi, Mədəniyyət-yaradıcılıq mərkəzi, Psixoloji yardım sektoru kimi təsisatlar tələbələrin fiziki və əqli cəhətdən sağlam inkişafı ilə yanaşı, onların istirahətinin də təmin edilməsinə hesablanmışdır. Biologiya fakültəsinin tələbələri yaradılan şəraitdən bəhrələnərək universitetin mədəni, ictimai, sosial həyatında aktiv iştirak edirlər. Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitetdaxili çempionatda çıxış edir. Fakültədə mütəmadi olaraq intellektual oyunlar və müxtəlif elmi-sosial müsabiqələr  keçirilir. Eyni zamanda ölkədə fəaliyyət göstərən biologiya profilli elmi-tətqiqat müəssisələri və institutları ilə əməkdaşlıq həyata keçirilir. Biologiya fakültəsinin əməkdaş və tələbələri ölkəmizin və universitetin ictimai həyatında fəal iştirak edirlər. Fakültənin professor-müəllim heyəti gənc nəslin yetişdirilməsində, onların elmi-tədqiqata cəlb edilməsində, eləcə də dövlətçilik, vətənpərvərlik mövzularında sosial tərbiyə yönümlü işlər aparırlar.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət