Mübadilə proqramları

 

 

                                                    ERASMUS AZƏRBAYCAN

 

 

 

Erasmus+ Avropa Birliyi tərəfindən təhsil, iş təcrübəsi və sosial aktivlik proqramları kimi sahələrdə insanların özlərini inkişaf etdirməsi üçün hazırlanmış bir proqramdır. Bu, bakalavr və təhsilinin növbəti sferalarında olan şəxslərin öz təhsillərini xarici universitetdə davam etdirməsi və karyera imkanları əldə etməsi üçün qurulmuş möhtəşəm bir sistemdir.

  1. Tələbələr beynəlxalq əlaqələr departamentinə yaxınlaşaraq proqram barədə daha ətraflı məlumat ala bilərlər. Bu proqrama qoşulmaq üçün tələblər isə aşağıdakı kimidir:
  2. Motivasiya məktubu (məktubda özünüz haqqında məlumat, sosial aktivlikləriniz varsa bu barədə məlumat, seçdiyiniz ölkə və universitet və “niyə”si qeyd edilməlidir)
  3. Tövsiyə məktubu (bunu sizə dərs keçən professorlardan almağı məsləhət görürük)
  4. Yüksək GPA - transkript (bu limit universitetlərə görə dəyişə bilir)
  5. Təhsilin ingilis dilində olması, əgər deyilsə mütləq şəkildə beynəlxalq ingilis dili sertifikatı – IELTS
  6. Sosial aktivlik, dəqiq hədəflər, intervyu prosesinin uğurlu keçməsi
  7. Müraciət etdiyiniz proqramı qazandığınız təqdirdə isə sizin bütün yol xərcləriniz qarşılanır, viza dəstəyi edilir və getdiyiniz/hansı ölkədən olmağınız kimi faktorlar nəzərə alınaraq sizə qrant verilir. Bu qrant sizə yataqxanada yaşamağa və ya kirayə ev tutmağa, digər Avropa ölkələrini gəzməyə (Şengen ölkəsinə qazandığınız təqdirdə) və yemək kimi xərclərinizi qarşılamağa imkan verir. 
  8. Mübadilə müddəti 1 və ya 2 semestr ola bilər.

Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr bakalavr pilləsinin II kursunda, III kursun ilk yarımilində və ya magistratura pilləsinin I kursunda təhsil almalıdır. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalıdır.

Fakültənin tələbə və əməkdaşları Erasmus+ KA107 ICM tələbə-müəllim mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Teknik Universitetində və İtaliyanın Pavia Universitetidə  elmi-tədqiqat işi aparmış, Praqanın Karlov Universitetinin Təbiət elmləri fakültəsi  arasında  qarşılıqlı əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumuna əsaslanaraq 2019-cu ilin may ayında kimya fakültəsinin bakalavr və magistrantlarından ibarət 10 nəfərlik tələbə qrupu Praqanın Karlov Universitetində təcrübə mübadiləsi keçmişdir.

 

Erasmus+ çərçivəsində KA171 "Ali təhsil müəssisələrinin əməkdaçlarının və tələbələrin mobillik proqramı" (2022-2025)

 

Bakı Dövlət Universiteti ilə Qazaxıstan Respublikası L.N Qumilyov adına Avrasiya Milli Universitetinin magistratura səviyyəsi üzrə ikili diplom proqramı

Təhsil müddəti iki il olmaqla rus dilində aparılacaq. Tədris ilinin I-IV semestrlərində təhsil BDU-nun Biologiya fakültəsində, II-III semestrlərdə isə Qazaxıstan Respublikası L.N Qumilyov adına Avrasiya Milli Universitetində həyata keçiriləcəkdir. Nəticədə təhsil proqramını başa vurmuş magistrant Bakı Dövlət Universitetinin və Qazaxıstan Respublikası L.NQumilyov adına Avrasiya Milli Universitetinin "Biotexnologiya” ixtisaslaşması üzrə magistr diplomlarına yiyələnmiş olur.

 

Bakı Dövlət Universiteti  və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında magistrtura səviyyəsi  “Biotexnologiya” ixtisaslaşması ikili diplom proqramı

Tədris ilinin birinci semestrində təhsil BDU-da, ikinci semestrdə isə İsrailin HUJI-də həyata keçirilicəkdir. Tələbələr BDU və HUJİ-də (İsrail) təhsillərinin ikinci ilini davam etdirərək HUJİ-nin “qeyri-tezis” diplomunu (dissertasiya müdafiəsi olmadan) və BDU-nun “dissertasiya” magistr dərəcəsini alacaqlar.

Proqramın birinci kursunu fərqlənmə diplomu ilə başa vuran tələbələr ikinci təhsil ilində HUJİ-nin “tezis” proqramında iştirak etmək imkanı qazanaraq, BDU və HUJİ-nin “tezis” magistr diplomunu alacaqlar.

 

 

 

 
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət