Müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatı var və bu baxımdan KİV-lərin rolunu xüsusi qeyd etmək olar. Son illərdə təhsil müəssisələrinin, xüsusi ilə də ali təhsil ocaqlarının kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri dövrümüzün əsas tələblərindən birinə çevrilmişdir. Bakı Dövlət Universitetinin Biologiya fakültəsi də media orqanları ilə yaxından əməkdaşlıq edir. Paytaxtımızda nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli KİV-in müxbirləri ilə sıx əlaqələr yaradılmışdır. Fakültə olaraq daim professor-müəllim heyətinin elmi-tədqiqat nəticələri, müxtəlif dövlət bayramları və əlamətdar tarixi günlərlə bağlı keçirilən konfrans, seminar, tədbirlər, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Fakültə Tələbə Gənclər Təşkilatı eləcə də fakültəmizin könüllülərinin icra etdiyi layihələr, təlimlər, müsabiqələr, intellektual oyunlar və fəaliyyətimizin başqa istiqamətləri haqqında media vasitəsi ilə ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Fakültənin eləcə də ən yeni media növü sayılan sosial şəbəkə platformaları ilə sistemli işi təmin olunub. Biologiya fakültəsinin fəaliyyəti haqqında müvafiq informasiyaların ictimaiyyətə çatdırılmasında sosial şəbəkə hesablarımızın rolunu xüsusilə qeyd etmək lazımdır. Media orqanları ilə əməkdaşlıq münasibətlərinin daima genişlənməsi və effektivliyinin artırılması vacib məsələ kimi davamlı olaraq fakültə rəhbərliyinin diqqətində saxlanılır.
BDU-nun Biologiya fakültəsində fərqli şəkildə - açıq havada kollokvium keçirilib:
BDU-nun Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “2 aprel - Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Autizm xəstəlik deyil, fərqlilikdir!” mövzusunda dəyirmi masa keçirilib:
Biologiya, Kimya, Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirildi
Fakültəmizin Botanika və bitki fiziologiyası kafedrasının gənc müəllimi Əsmər Hüseynovanın dərs prosesi Atv kanalında
Bakı Dövlət Universitetində Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm sərgisi keçirilib
https://news.day.az/azerinews/1460161.html
https://www.facebook.com/watch/?v=253446493622325
Abşeron Şərab ASC və Bakı Dövlət Universiteti arasındakı tələbələrin təcrübə keçmələrinin təşkili barədə müqaviləyə müvafiq olaraq Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə II kurs tələbələri Mehdiabad Üzüm Emalı müəssisəsində istehsalat təcrübəsi keçmişlər
Biologiya fakültəsinin əməkdaşları Qarabahın Laçın dəhlizində "Ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə" təşkil olunmuş aksiyda iştirak etmişlər.
https://www.youtube.com/watch?v=qm3_Mp2kxl4
İlin gənc müəllimi, Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Əsmər Hüseynova ilə müsahibə
Bakı Dövlət Universiteti Biologiya Fakültəsi Botanika kafedrasının gənc müəllimi Əsmər Hüseynovanın SİA-ya verdiyi müsahibəsi
https://sia.az/az/news/education/1032770.html
28 May Respublika gunu münasibətlə Biologiya fakultesinin 172A qrup tələbələri ingilis dili müəllimi İradə Cəfərova ilə Milli Xalça muzeyində olublar.
Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın Andijan Dövlət Universitetində keçirilmiş konfransla əlaqədar Özbəkistan Milli Televiziyasına müsahibəsindən
Bakı Dövlət Universiteti (BDU), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfransdan.
Bakı Dövlət Universitetində indiyə qədər dünyanın 19 dilinə tərcümə olunmuş Campbell təməl biologiya dərsliyinin azərbaycan dilinə tərcümə edilmiş ilk nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Kitab üç bölümə paylanmış 56 fəsildən ibarət olub, biologiyaya giriş xarakteri daşıyır və dünyanın qabaqcıl universitetlərində istifadə olunmaqdadır. Dərslik biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisas proqramlarında (tibbin bütün sahələrindən tutmuş, tibb bacılığına, əczaçılığa, aqronomluğa, müxtəlif müəllim, mühəndislik və elm sahələrinə qədər) istifadə olunur. Bundan əlavə, kitab fənn olimpiadalarına hazırlıqda və peşəkarlar üçün ümumi istinad kitabı kimi də istifadə olunur.
Biologiya fakültəsinin “Biologiya müəllimliyi” ixtisası üzrə təhsil alan 143A və 144A qrup tələbələrinin “Biologiyanın tədrisi metodikası” fənnindən növbəti dərsi “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü”nə həsr olunmuşdur. Fənn müəllimi Səma Əhmədlinin tədris etdiyi dərs Azərbaycanda Qlobal ekoloji problemlər, biomüxtəlifliyin qorunması mövzusuna həsr edildiyi və təbiətlə birbaşa əlaqəli olduğu üçün dərs Bakı Dövlət Üniversitetinin həyətyanı sahəsində keçirilib.