İstiqamət: Canlı sistemlərin həyat fəaliyyətinin fizioloji, fiziki-kimyəvi və molekulyar-genetik əsasları
- Biostrukdurlarda stres zamanı yaranan maqnit xassələrinin biofiziki əsasları və onların biotibbdə tətbiqi.
Mövzunun rəhbəri: prof. Rövşən Xəlilov
İcraçılar: Rövşən Xəlilov
Məqsəd: Tibbi praktikada stres hallarının yaranma səbəbləri, onlara davamlılığın formalaşmasında biofiziki proseslərin rolu aydınlaşdırılmadan problemin həlli açıq qalır. Stres hallarında baş verən proseslərdən biri bioloji strukturlarda maqnitləşmədir. Bu xassənin universal olması onun biofiziki əsaslarının ətraflı işlənməsini tələb edir
- Stres faktorları ilə birhüceyrəli yosunların metabolizminin requlyasiyası
Mövzunun rəhbəri: prof. Ralfrid Həsənov
İcraçılar: Ralfrid Həsənov
Məqsəd: Müxtəlif stress faktorlarının (üzvi və mineral maddələrin çatışmazlığı, müxtəlif stres faktorları - işıq, temperatur və s.) təsiri ilə birhüceyrəli yosunlarda metabolizmin məqsədyönlü şəkildə idarə olunması texnologiyasının yaradılması
- Bitki hüceyrələrinin plazmatik membranlarının iondaşıma xüsusiyyətlərinin fitoprotektorların təsiri ilə modifikasiyası.
Mövzunun rəhbəri: Musayev Nağı
İcraçılar: Musayev Nağı, Şəlalə Nəcəfəliyeva
Məqsəd: Plazmatik membranın ilkin aktiv daşıma sisteminin komponentlərinə fitoprotektorların təsiri reaksiyalarının təhlilinə əsasən canlı sistemlərin effektiv radiomühafizə üsullarının işlənməsi
- Stres amillərin hüceyrələrə təsirindən sonra adaptasiya qabiliyyətinin artırılmasında spesifik müdafiə mexanizmlərinin rolunun tədqiqi.
Mövzunun rəhbəri: Natella Köçərli
İcraçılar: Natella Köçərli
Məqsəd: Hüceyrələrə qeyri-əlverişli mühit amillərinin təsirindən sonra hüceyrələrdə OFF, NADFH, antioksidant fermentlərin zədələnməsinin tədqiqi
Təcrübi əhəmiyyət: Ultrabənövşəyi B-şüalarının təsirindən sonra antioksidant statusunun qiymətləndirilməsi hüceyrələrin müdafiə mexanizmlərinin korreksiyasında praktiki əhəmiyyətə malikdir.
- Hüceyrələrin normal və patoloji halda struktur-funksinal göstəricilərinin molekulyar zondlarla tədqiqi.
Mövzunun rəhbəri: Hümmətova Samirə
İcraçılar: Hümmətova Samirə
Məqsəd: Flüorestein qrupuna aid olan molekulyar zondların hüceyrələrdə flüoressensiyasının intensivliyinin onun struktur-funksional halından asılılığının tədqiqi.
Təcrübi əhəmiyyət: Eozinin milli saniyə gecikmiş işıq emissiysı OFF-nın əmələ gəməsinin monitorinqində və onların bioloji funksiyalarının öyrənilməsində praktiki əhəmiyyətə malikdir.
- Nanohissəciklərin “yaşıl sintezi” və onların tibbi praktikada və kənd təsərrüfatında tətbiqi
Mövzunun rəhbəri: Ramazanlı Vəfa
İcraçılar: Ramazanlı Vəfa
Məqsəd: Alüminium və dəmir oksidləri nanohissəciklərinin təsiri ilə iki həftəlik buğda cücərtilərində və cücərməkdə olan toxumlarda polifenoloksidaza, qvayakol-peroksidaza, askorbatperoksidaza fermentlərinin aktivliyinin, izoferment tərkibinin təyini, antioksidant sisteminin komponentlərinin fəaliyyətinə müxtəlif qatılıqlı nanohissəciklərin təsirinin tədqiqidir.
- Nanohissəciklərin bitkilərdə müdafiə sisteminin komponentlərinin fəaliyyətinə təsirinin tədqiqi
Mövzunun rəhbəri: Ömərova S.N.
İcraçılar: Ömərova S.N.
Məqsəd: Model turşsüd məhsullarından bioloji fəal peptidlərin izolyasiyası, stress reaksiyalarının fermentativ səviyyədə öyrənilməsi, hidroliz dərəcəsinə görə süddə zülalların proteolitik aktivliyinin müəyyən edilməsi və optimal şərtlərinin, STB-ın antioksidant (superoksiddismutaza və katalaza) osidləşdirici stres, lipolitik və amilolitik enzimlərin aktivliyinın öyrənilməsi
Təcrübi əhəmiyyət: Canlı orqanizmlər, o cümlədən bitkilər, daim dəyişkən ekoloji amillərin təsirinə məruz qalırlar. Bitkilərin müdafiə sistemi onların stres amillərinə qarşı davamlılığını müəyyən edən vacib şərtlərdən biridir. Bu baxımdan, son illər ərzində insan tərəfindən geniş tətbiq olunan nanohissəciklərin bitkilərdə müdafiə sisteminin komponentlərinin fəaliyyətinə təsirinin tədqiqi xüsusi əhəmiyyət daşıyır. Müdafiə sisteminin əsasını təşkil edən antioksidant sistemin komponentlərinin fəallığını tənzimləməklə stressə qarşı daha yüksək davamlı bitki sortlarının əldə edilməsi mümkün olacaq.
- Stress amillərə qarşı yerli fermentasiya məhsullarında fermentativ aktivliyin tədqiqi
Mövzunun rəhbəri: Abdullayeva N.A.
İcraçılar: Abdullayeva N.A. Abdullayeva N.F.
Məqsəd: Model turşsüd məhsullarından bioloji fəal peptidlərin izolyasiyası, stres reaksiyalarının fermentativ səviyyədə öyrənilməsi, hidroliz dərəcəsinə görə süddə zülalların proteolitik aktivliyini müəyyən edilməsi və optimal şərtlərinin, STB-ın antioksidant (superoksiddismutaza və katalaza) osidləşdirici stres, lipolitik və amilolitik enzimlərin aktivliyinı öyrənilməsi
Təcrübi əhəmiyyət: Proteolizin əsas əhəmiyyəti - aşağı allergik potensialı və yüksək qida dəyəri olan fermentativ qida məhsullarının alınmasıdır. İstehlak zamanı hidrolizə məruz qalmış zülalların müsbət fizioloji təsiri qısa zəncirli peptidlərin daha yaxşı assimilyasiyası səbəbindən mədə-bağırsaq traktında nativ zülallar və aminturşuları ilə müqayisədə əldə edilir. Bioloji aktiv peptidlərin alınması, xüsusilə hipotenziv, antimikrob, immunstimuləşdirici və s. effektlərlə təmsil olunur, qida və ərzaçılıq sənayesi üçün xüsusi maraq doğurur.