1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirib. Hal-hazırda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) A.N.Belozerski adına Elmi-Tədqiqat Fiziki-Kimyəvi Biologiya İnstitutunda çalışır. “Biokimya” ixtisası üzrə 1987-ci ildə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib; 1995-ci ildə isə “Biokimya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 110-dan çox elmi məqalə, 1 kitab, 1 patentin müəllifi və ya həmmüəllifidir. ƏRusiya Federasiyası Prezidentinin qrantının qalibi olub (1996-1998); 2006-cı ildə “Fotosintezdə elektrogen reaksiyalar” mövzusunda silsilə işlərə görə MDU-nun alimlərinə dəstək üçün qrantlar müsabiqəsinin qalibi olub. ABŞ-ın “Frontiers in Bioscience” jurnalının biologiya Bölməsinin redaktoru (1996-cı ildən); ABŞ-ın “The Scientific World Journal” jurnalının redaksiya heyətinin üzvü (2011-ci ildən); Ümumrusiya Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin üzvü (1996-cı ildən); Ümumrusiya Fotobioloqlar Cəmiyyətinin vitse-prezidenti (2008-ci ildən). Rəhbərliyi ilə 7 fəlsəfə doktoru hazırlanıb. Açıq Berlin Universitetinin Fizika kafedrasının professoru K. Möbius və Bolonya Universitetinin Biotexnologiya kafedrasının professoru S.Ciurli ilə birlikdə Avropa Birliyinin proqramlarından birinin Yeni Müstəqil Dövlətlərin Alimləri ilə Əməkdaşlığa dair Beynəlxalq Assosiasiyanın (INTAS) üç il müddətinə qrantını qazanıb (2004). Adı Rusiyanın 100 gənc elmlər doktoru siyahısına daxil edilib (1996).
MƏMMƏDOV MAHİR
MƏMMƏDOV MAHİR
(1958) M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) A.N. Belozerski adına Elmi-Tədqiqat Fiziki-Kimyəvi Biologiya İnstitutunun aparıcı elmi işçisi