ƏLİYEVA KAMİLƏ ƏLİAĞA QIZI

ƏLİYEVA KAMİLƏ ƏLİAĞA QIZI

ƏLİYEVA KAMİLƏ ƏLİAĞA QIZI

(1967) Azərbaycan Respublikası Milli Məclisinin deputatı

1984-ildə Azərbaycan Dövlət Universitetinin  Biologiya fakültəsinə bir imtahandan “əla” qiymət almaqla daxil olmuşdur. Oxuduğu müddət ərzində  “Lelin təqaüdçüsü” olmuş, 1989-cu ildə həmin institutu (indiki Bakı Dövlət Universiteti)  “Fərqlənmə diplomu” ilə bitirmiş. 1992-ci ildə  “Azərbaycanın iki bölgəsinin əhalisində beta-qlobin geninin mutasiyasının molekulyar-genetik xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Moskva Ali Attestasiya Komisiyasının təsdiq və diplomunu, 1999-cü ildə dosent elmi adının alınmışdır.

2004-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru alimlik dərəcəsini almış, 2009-cu ildə professor elmi adına laiq görülmüşdür.

2019-cu ildən Genetika kafedrasının müdiri vəzifəsində çalışır. 130-a yaxın elmi əsərlərin, bir sıra dərslik və dərs vəsaitlərinin, monoqrafiyanın, tədris proqramları və metodik göstərişlərin müəllifidir. Azərbaycan Respublikası Milli Məclisinin IV (2010-2015), V (2015-2020), VI (2020-hal hazıradək) çağırış deputatıdır.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət