Kafedra haqqında

Genetika  kafedrası  müstəqil kafedra kimi “Genetika və darvinizm“ adı ilə 1937-ci ildə  yaradılsa da 1919-cu ildə universitet  fəaliyyətə  başlayarkən  tibb fakultəsində   digər fənnlərlə yanaşı genetika fənni də tədris olunmuşdur. Kafedra müstəqil  olaraq fəaliyyətə başladıqdan  sonra onun ilk müdiri əməkdar elm xadimi, biologiya  elmləri  doktoru, mərhum professor Mirəli  Abdulla  oğlu  Axundov  (1937-1988), sonra  kənd  təsərrüfat elmləri  doktoru  professor Rauf Ələkbər oğlu  Quliyev (1988-2019) olmuşdur. 2019-cu ildən kafedraya biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının  Milli Məclisinin  IV, V, VI çağırış deputatı Kamilə Əli Ağa qızı  Əliyeva  rəhbərlik  edir.

2008-ci ildən kafedra “Genetika və təkamül  təlimi”, 2019-cu  ildən isə  “Genetika” kafedrası  adlanır.

“Genetika”  kafedrasında 12 nəfər professor-müəllim və 3 köməkçi heyət, o cümlədən: 3 professor, elmler doktoru, 7 elmlər namizədi,  4 dosent, 1 baş müəllim fəlsəfə doktoru; 2 müəllim; 2   0.5 ştat müəllim çalışır.

Kafedrada bakalavr  təhsil pilləsi üzrə “Genetika”,  “Genetika və seleksiya”, “Sitologiya”, “Histologoiya”, “Fərdi inkişafın biologiyası”, “Təkamül təlimi”, “Biologiyanın tədrisi metodikası”, “Ekoloji genetika”, “Kurrikulumun əsasları” fənnləri tədris olunur.  Magistratura pilləsində iki ixtisas üzrə (“Genetika” və “Bitkilərin genetikası və seleksiyası” ) magistrlar hazırlanır. Magistratura təhsil pilləsində  “Genetika” ixtisası üzrə  “İmmunitetin genetikası”, “Bitki seleksiyası”, “Təkamülün genetikası”, “Tibbi genetika”, “Bitki genetikası”, “Biologiyanın  müasir  problemləri”, “Biologiyanın  tarixi və inkişafı”, “Tətbiqi  mutagenez”, “İxtisasın metodları”, “Canlı orqanizmlərin xüsusiyyətləri”  fənnləri, “Bitkilərin genetikası və seleksiyası” ixtisası üzrə  bunlardan əlavə “Subtropik  bitkilərin  seleksiyası”, “Meyvə və giləmeyvə bitkilərinin  seleksiyası”, “Tərəvəz və bostan  bitkilərinin seleksiyası” fənnləri də tədris olunur. Hər il kafedra üzrə 5-7 magistrant müdafiə edərək magistr dərəcəsinə yiyələnir. Kafedra müəllimləri tərəfindən ənənəvi olaraq, genetikadan icmal mühazirələr oxunur. Kafedrada son illər ərzində 30-dan artıq dərslik və dərs vəsaiti, 500-dən çox elmi məqalə dərc edilmişdir. Kafedra əməkdaşları 30-dan çox Beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Kafedra əməkdaşları “3-cü dərəcəli əmək ordeni”,  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (1918-2018)“  yubiley medalı, ”Bakı Dövlət Universitetinin 100 illiyi” (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, “Əməkdar müəllim” fəxri adı, BDU üzrə “İlin müəllimi” fəxri adı,  BDU-nun fəxri fərmanları və s. ilə təltif edilmişlər.

1937-ci ildə  prof. M.A.Axundovun  təşəbbüsü və bilavasitə  iştirakı ilə  kafedranın nəzdində  “Təkamül  təlimi”  muzeyi yaradılmışdır ki, muzey 2021-ci ildən Genetika kafedrasının tərkibindən ayrılmışdır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət