Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Azərbaycanın quru və su heyvanlarının faunası, bioekologiyası, fiziologiyası, mühafizəsi, iqtisadi əhəmiyyəti

 

Mövzu 1. Azərbaycanın mərkəzi və cənub-şərqi hissəsində quru və su heyvanlarının faunası, bioekologiyası, fiziologiyası, mühafizəsi

Mövzunun rəhbəri: prof. Hökümə Quliyeva

İş 1. Tut ipəkqurdunun (Bombyx mori L.) yerli və introduksiya olunmuş cinslərinin morfofizioloji xüsusiyyətlərinin müqayisəli analizi

İcraçı: Hökümə Quliyeva

Məqsəd: Yerli və introduksiya olunmuş tut ipəkqurdu cinslərinin qışlama dövründə müxtəlif xəstəliklərə, xüsusən də aspergilleoza qarşı rezistentlik səviyyəsinin müəyyənləşməsi olmuşd

Nəticə: Azərbaycanda tut ipəkqurdunun yerli və introduksiya edilmiş cinslərində müxtəlif birləşmələrlə ekzogen təsirə qarşı fizioloji cavab reaksiyası endogen xarakterlidir: müsbət fizioloji effekt cins mənsubiyyətindən asılı olmadan orqanizmin fizioloji halı və biokimyəvi reaktivliyindən asılı olaraq dəyişir.

Təcrübi əhəmiyyəti: İpəkçilikdə ən məhsuldar cinslərin müəyyənləşməsi, məhsuldarlığın artırılması və proqnozlaşdırılmasında əhəmiyyət kəsb edən yeni göstəricilərin aş- karlanması hazırda aktualdır və bununla bağlı olan tədqiqatların nəticələri olduqca böyük nəzəri və xüsusən də praktiki əhəmiyyətə malikdir.


 

Mövzu 2.  Azərbaycanın Cənub-bölgəsində ya-yılmış onurğasız heyvanların faunası, ekologiyası və iqtisadi əhəmiyyətli növlə- rinin öyrənilməsi

Mövzunun rəhbəri: prof. Hökümə Quliyeva

İş 1. Azərbaycanın cənub bölgəsində yerləşən su hövzələrinin mikro və makrozoobentosunun  öyrənilməsi

İcraçılar: Qarabəyli Oktay,  Əliyev Saleh, Süleymanova İradə

Məqsəd: Astara, Lerik və Lənkəran rayonları ərazisində yerləşən su hövzələrinin mikro- və makrozoobentosunun öyrənilməsi.

Nəticə: Kiçik Qızılağac Körfəzi və ona bitişik “Balıqyolu” və “Qəza kanalından” 13 sistematik qrupa daxil olan 65 növ bentik orqanizm qeydə alınmışdır. Orqanizmlərin 69%-i su həşəratlarının payına düşür. Bentik orqanizmlərin biokütləsi 0,79-4,07 q/m2, sayı isə 14-690 fərd/m2 arasında dəyişmişdir. Tədqiq olunan ərazidən 44 növ infuzor müəyyən olunmuşdur.

 Təcrübi əhəmiyyəti: Lənkəran təbii vilayətinin su hövzələrində yayılmış onurğasız heyvanların növ tərkibi, miqdari inkişafına, ekologiyasına, iqtisadi əhəmiyyətinin eyni zamanda Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş növləri təftiş etmək və ehtiyatı müəyyən etmək əhəmiyyət daşıyır.

 

İş 2. Azərbaycanın cənub bölgəsində yayılmış sfekoid və vespoid arılarının faunası, biologiyası və  ekologiyası

İcraçı: Əliyeva Məhluqə

Məqsəd: Vespid və evmenidlərin növ tərkibini, onların biotoplar üzrə yayılma xüsusiyyətlərini öyrənmək.

Nəticə: İlk dəfə olaraq, aşkar edilmişdir ki, tədqiq edilən regionda 2 fəsiləyə və 10 cinsə aid olan 14 növdən 8 növü Vespidae, 6 növü isə Eumenidae fəsiləsinə aiddir

Təcrübi əhəmiyyəti: Bir entomofaq kimi qırışıqqanadlı arılar ziyanverici həşəratlarla və onun sürfələri ilə, hörümçəklərlə, ikiqanadlılar, kəpənək sürfələri, milçəklərlə qidalanaraq təbiətdə zərərvericilərin sayının azalmasında böyük rol oynayır. Bunu nəzərə alaraq onları zərərvericilərə qarşı bioloji mübarizə üsullarında istifadə etmək olar.

 

Iş 3. Azərbaycanın Cənub bölgəsində yayılmış Tetranixid və Qammazid gənələrinin öyrənilməsi

İcraçı: Muradova Elmira

Məqsəd: Tərəvəz və meyvə bitkilərinə zərərvuran tetranixid gənələrin növ tərkibinin, say dinamikasının öyrənilməsidir.

Nəticə: P.ulmi gənəsi Quba və Xaçmaz rayonlarında tərəvəz bitkilərinə ciddi zərər vurması aşkar edilmişdir. Hal hazirda da apardiğımiz tədqiqat nəticisində məlum olunmuşdur ki, Cənub bölqəsindədə P.ulmi gənəsi nəyinki meyvə bitkilərini eyni zamanda tərəvəz bitkilərinində ciddi zərər vericisidir.

Təcrübi əhəmiyyəti: Araxnidlər qrupunun kənd təsərrüfatına vurduğu zərəri nəzərə aldıqda mövzunun əhəmiyyəti böyükdür.

 

İş 4.  Azərbaycan cənub bölgəsində yayılmış çəyirtkələrin (Orthoptera) faunası və ekologiyası

İcraçı: Səfərova İlhamə

Məqsəd: Astara, Lerik və Lənkəran rayonlarında yayılmış çəyirtkələrin növ tərkibini öyrənmək, kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vura biləcək növlərin üzə çıxarılması, bəzi növlərin bioloji və ekoloji xüsusiyyətlərinin araşdırılması kimi məsələləri ar aşdırmaq olmuşdur.

Nəticə: Astara və Lənkəran rayonlarında 7 növ, Lerik rayonunda isə 5 növ çəyirtkənin yayıldığı müşahidə edilmişdir. Növlər arasında sürü əmələ gətirə bilənlərdən yalnız Mərakeş (Marokko Dogustanus) çəyirtkəsinə rast gəlinmişdir. Eyni zamanda Astara rayonunda Misir (Anacridium aegyptium L.) çəyirtkəsinin də yayıldığı qeydə alınmışdır

Təcrübi əhəmiyyəti: Həşəratlar sinfinin Düzqanadlılar dəstəsinə mənsub olan çəyirtkələr fəsiləsinin nümayəndələri hər il kənd təsərrüfatı bitkilərinə kütləvi çoxalma zamanı külli miqdarda ziyan vururlar


 

Mövzu 3. Azərbaycanın mərkəzi və cənub-şərqi hissəsində quru və su heyvanlarının faunası, bioekologiyası, fiziologiyası, faydalı növlərin çoxaldılması və mühafizəsi

 Mövzunun rəhbəri: prof. Hökümə Quliyeva

İş 1. Azərbaycanda akvakultura şəraitində Cökə nərəsinin (Acipenser ruthenus Linnaeus, 1758) reproduktiv sürülərinin formalaşdırılması və süni artırılması biotexnologiyasının hazırlanması

İcraçılar: Hacıyev Rauf,  Məmmədov Çingiz,  Əbdür rəhmanova Rəna, Bədəlova Samirə

Məqsəd: Hibridlərin alınması məqsədilə Azərbaycanda süni artırılan adi bölgənin (Huso huso Linnaeus, 1758) və qaya nərəsinin (Acipenser nudiventris Lovetzky, 1828) kürülərindən və Həştərxan vilayətindən (Rusiya Federasiyası) gətirilmiş cökə nərəsinin (Acipenser ruthenus) kriokonservasiya olunmuş mayasından (sperma) istifadə etmək olmuşdur.

Nəticə: İstehsalat və elmi-tədqiqat işlərinin əsas texnoloji elementlərindən biri ondan ibarət olub ki, cökə nərələrinin (Acipenser ruthenus Linnaeus, 1758) yetişdirilməsi prosesində temperatur rejimi idarə olunan (qismən qapalı su təchizatı sistemi) artezian suyundan istifadə olunub. Bu məqsədlə təsərrüfatda 350 metr dərinlikdən çıxan artezian su qurğusu quraşdırılıb. Belə bir qurğunun olması yay və qış aylarında texnoloji proseslərin optimal temperatur rejimində (18 – 220C) həyata keçirilməsinə və balıqların bütün il ərzində inkişafına şərait yaradır.

Təcrübi əhəmiyyəti: Müasir ekoloji şəraitdə vətəgə əhəmiyyətli Nərələrin (Acipenseridae) süni artırılmasının əsas istiqamətlərindən biri də əmtəə balıqçılığının geniş miqyasda inkişaf etdirilməsidir. Azərbaycanda akvakultura məqsədilə böyük praktiki əhəmiyyətə malik olan növlərdən biri də cökə nərəsidir (Acipenser ruthenus Linnaeus, 1758). Çökə nərəsi Azərbaycanın ixtiofaunasına daxil olmasına baxmayaraq, onların zavad şəraitində yetişdirilməsi əvvəllər Azərbaycanda həyata keçirilməyib və bu səbəbdən süni artırılması biotexnologiyası işlənib hazırlanmayıb. Əvvəllər Azərbaycanda cökə nərəsinin cinslərarası hibridləri – bester (♀ Huso huso x ♂ Acipenser ruthenus) və şister (♀ Acipenser nudiventris x ♂ Acipenser ruthenus) alınıb, onların ekoloji-fizioloji xüsusiyyətləri, həmçinin erkən ontogenezdə heterozis xüsusiyyətləri öyrənilib.

 

İş 2. Mərkəzi Azərbaycanın (xüsusilə işğala məruz qalmış) aran rayonlarında reptililərin biomüxtəlifliyinin monitorinqi və dəyərləndiriməsi

İcraçılar: Hümbətova Sevinc, Nəcəfov Canbaxış, Musayev Avtandil, Əsgərova Səbinə

Məqsəd: Mərkəzi Azərbaycanın aran (Ağcabədi və Beyləqan) rayonlarında yayılmış reptililərin növ tərkibinin müəyyən edilməsi, sayının oyrənilməsi olmuşdur.Tədqiqat ili müharibədən sonrakı dövrü əhatə etdiyinə görə dağıntılara məruz qalan ərazilərlə yanaşı, ümumiyyətlə ətraf mühitə birbaşa, faunaya dolayısı yolla antropogen təsiri izləmək, müəyyən proqnozlar söyləmək, fərdlərin sıxlığını müəyyən etmək üçün vəziyyəti dəyərləndirmək işin əsas məqsədidir.

Nəticə: Tədqiqat aparılmış ərazilərdə 18 növ reptili qeydə alınmışdır. Sürünənlərin sayına əsasən onların kateqoriyaları müəyyən edilmişdir. Qeyd edilən 18 növdən 5 növ çox saylı, 13 növ az saylıdır

Təcrübi əhəmiyyəti: Mərkəzi Azərbaycanın (xüsusilə işğala məruz qalmış) aran rayonlarında reptililərin biomüxtəlifliyinin monitorinqi və dəyərləndiriməsi əhəmiyyətlidir.

 

İş 3. Azərbaycanın cənub şərq bölgəsində ornitofaunanın taksonomik spektri,məskunlaşma xarakteri,yaşama şəraiti və ona təsir edən ətraf mühüt faktorlarının qiymətləndirilməsi

İcraçılar: Tağıyev Əbülfəz,  Cəfərova Şəfiqə

Məqsəd: Lənkəran düzənliyində oturaq quşların növ tərkibini müəyyən etmək əsas məqsəddir.

Nəticə: İlk dəfə ərazi üzrə oturaq quş populyasiyalarının növ tərkibi qeydə alınıb.Lənkəran düzənliyində fauna tipinə görə 48% Transpalerkt, 24% Avropa,17 % Aralıqdəniz və digər fauna tiplərinə aiddir. Müəyyən edilmişdir ki, Sinantroplaşma səviyyəsinə görə 27 növ trofik sinantrop, 3 növ qismən, 5 növ tam, 5 növ natamam,18 növ sinantrop deyil.35 növ açlq şəraitdə,15 növ örtülü,8 növ açıq örtülü şəraitdə nəsil verir.52 növ immaturanat,2 növü maturonat,4 növü aralıq mövqe tutan növlərdir

Təcrübi əhəmiyyəti: Oturaq quşların növ tərkibini, məskunlaşma xarakterini, onlara təsir edən təbii və antropogen faktorları araşdırmaq genetik fondun və təbii bioloji müxtəlifliyin qorunub saxlanılması əhəmiyyətlidir.

 

İş 4. Azərbaycanın cənub-şərqi hissəsində ornitofaunanın (qızılquşkimilər) populyasiya səviyyəli məskunluğu

İcraçı: Məmmədov Anar

Məqsəd: Azərbaycanın cənub-şərqi hissəsində qızılquşkimilər dəstəsinə daxil olan növlərin populyasiya səviyyəli müasir şəraitdə yerləşməsini öyrənmək olmuşdur

Nəticə: Quşların fəsillər üzrə (yaz, yay, payız, qış) məskunluğunun öyrənilməsi, yəni müxtəlif xüsusiyyətlərinin(oturaq, reproduktiv, qışlayan) tədqiqi həyata keçirilməli idi.Təəssüflər olsun ki, 2021-ci ildə pandemiya ilə əlaqədar olaraq uzunmüddətli ekspedisiyaları təşkil etmək imkanlarından məhrum olduğumuz üçün hazırkı mərhələni yalnız məlumatların təftişi formasında reallaşdıra bilmişik.

Təcrübi əhəmiyyəti: Məlum olduğu kimi, qızılquşkimilər sayı ən azalan, həssas bir qrupdur. Onların öyrənilmə imkanları olduqca məhduddur, lakin əhəmiyyətlidir.


 

Mövzu 4. Hipoksiya şəraitində bioritmlərin fiziolojı proseslərin neyro-endokrin tənzimi mexanizmində  rolu

Mövzunun rəhbəri: prof. Hökümə Quliyeva

İş 1: Hipoksiya şəraitində qanda müxtəlif hormonların təyini

İcraçılar: Mədətova Validə, Babayeva Ruhəngiz

Məqsəd: Hipovolemik şok fonunda yaranan hipoksiya amilinin heyvanların qanında adrenalin miqdarına təsirini öyrənmək

Nəticə: Emosional gərginlik stress zamanı böyrəküstü vəzilərin beyın maddəsındə adrenalin hormonun sintez olunmasını yüksəldir.Hipoksiya nəticəsində sinir-humoral tənzimlənmə sistemində yaranan pozğunluqlar tədqiq olunan bir yaşlı dovşanların qanında adrenalinin miqdarının kəskin surətdə yüksəlməsinə səbəb olur.Əgər intakt heyvanların qanında adrenalinin miqdarı 428,01 u/ml bərabərdisə hipoksiyadan bir gün sonra 568,4 u/ml, 5 gün sonra 643,18 u/ml və hipoksiyanın 7-ci günü isə 753,5 u/ml bərabər olmuşdur.

Təcrübi əhəmiyyəti: Hipoksiya şəraitində bioritmlərin fizioloji proseslərin neyro- endokrin tənzimi mexanizmində rolunu müəyyənləşdirmək məqsədilə qanda hormonların dinamikası, qan dövranı sisteminin hemodinamik göstəricilərin fiziki yükün təsiri altında dəyişilməsi, qanın formalı elementlərində biruzə verən dəyişikliklər, həmçinin orqanizmin inkişafı zamanı qanda qlükozanın bioritmik dəyişilməsinə müxtəlif stess faktorların təsiri tədqiq edilmişdir.

 

İş 2: Qan dövranı sisteminin hemodinamik göstəricilərin fiziki yükün təsiri altında tədqiqi

İcraçılar: İbrahimova Sevinc,  Zamanova Fəridə

Məqsəd: Hemokoaqulyasiya faktorlarının qaraciyər, beyin və ürək toxumalarında fiziki yükdən əvvəl öyrənilməsidir

Nəticə: Yetkin siçovulların müxtəlif orqan və toxumalarında qanın laxtalanma sisteminin toxuma amilləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir və bu fərqlər həmin orqan və toxumaların funksional xüsusiyyətləri ilə şərtlənir.

Təcrübi əhəmiyyəti: Hemokoaqulyasiyanın hər bir amili ayrı-ayrı orqan və toxumalarda özünəməxsus spesifikliyi ilə seçilir, nəticələrdən belə qənaətə gəlmək olar ki, ayrı-ayrı orqan və toxumalarda qanın laxtalanma amilləri fərqlidir. Bu fərqlər orqan və toxumaların funksional xüsusiyyətləri ilə əlaqədardır. Bu baxımdan laxtalanma amilləri spesifikliyi ilə fərqlənir.

 

İş 3: Hipovolemik şok fonunda orqanizmdə sidik analizinin tədqiqi

İcraçı: Məmmədova Nəzakət

Məqsəd: Normada və hipovolemik şok fonunda dovşanlarda sidiyin tərkib və xüsusiyyətlərinə dair tədqiqatlar haqqında bilikləri sistemləşdirməkdir. Növbəti mərhələlərdə sidiyin tədiqi orqan və sistemlərin zədələnməsi, sıradan çıxması haqqında mühakimə yürütməyə şərait yaradacaq və məqsəd, normada (intakt dovşanlarda) sidik tərkibinin fiziki-kimyəvi göstəricilərinin təyin etməkdir

Nəticə: Cari ildə həyata keçirilmiş tədqiqatlar nəticəsində intakt dovşanların sidiyinin analiz edilməsi nəticəsində müəyyən edilmişdir ki, normada dovşanlar sutkada 180- 440 ml-ə qədər sidik xaric edirlər. Sidiyin rəngi sarı və tünd sarı rəng arasında dəyişir. Sidiyin nisbi sıxlığı 1.015-1.050 arasında tərəddüd edir. Sidiyin pH-ı 7.5 - 9 arasında dəyişir. Normada dovşanın sidiyinin tərkibində ümumiyyətlə qlükoza, keton cismləri aşkar edilməmişdir. Zülal ya ümumiyyətlə təyin edilmir, ya da <0.3 səviyyədə qeydə alınır. Sidiyin mikroskopik analizi zamanı görmə sahəsində tək-tək eritrosit, 0-5 leykosit izlənmişdir

Təcrübi əhəmiyyəti: Əsasən sidiyin tədqiq olunması sidik çöküntüsünün fiziki xüsusiyyəti, kimyəvi tərkibi və mikroskopik quruluşunu müəyyənləşməsi ilə bağlıdır. Həmçinin böyrəklərin vəziyyəti və onların funksiyaları haqqında məlumat əldə etməyə şərait yaradır, həmçinin digər orqan və sistemlərin zədələnməsi, sıradan çıxması haqqında mühakimə yürütməyə imkan verir.

 

İş 4. Hipoksiyanın heyvanların formalı elementlərinə təsiri

İcraçı: Məmmədova Sevinc

Məqsəd: Laboratoriya şəraitində fosfor tərkibli kimyavi preparatdan istifadə edərək hipoksiyanı yaratmaq və çəki balığının qanın fizioloji göstəricilərinə təsirini öyrənmək olmuşdur

Nəticə: Balıqların nəfəs alması sürətlənir, iştahı yox olur, suyun yuxarı qatında və ya aeratorun yaxınlığında, yəni oksigen konsentrasiyası artan yerlərdə qalırlar. Xarakterik bir xüsusiyyətdə, səthdən havanın ağız tərəfindən tutulmasıdır. Şiddətli kəskin formada ağız daim açıqdır, nəfəs almaq çox çətinləşir, hərəkətlərin koordinasiyası pozulur. Normal vəziyyətdə biz bu prosesləri müşahidə etmirdik.Tədqiqatlarda biz qanın formalı elementlərindən olan eritrositləri (RBC) təyin etdik. Müəyyən etdik ki, normda RBC miqdarı 1,70±0,152×1012/l. Lakin, kristalonun təsirindən sonra eritrositlərin sayı azalır.

Təcrübi əhəmiyyəti: Hipoksiya problemində fundamentallıq baxımından xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri kimi, hipoksik effektlərin orqanizmin funksional sistemləri və davranış reaksiyaları səviyyəsində öyrənilməsi və təhlili diqqəti cəlb edən əsas məsələlərdən biridir.

 

İş 5: Orqanizmin inkişafı zamanı qanda qlükozanın bioritmik dəyişilməsinə müxtəlif stess faktorların təsiri.

İcraçı: Zülfüqarova Pərvin

Məqsəd: müxtəlif yaş qrupuna aid olan dovşanlar üzərində fiziki yükün ( stress faktoru kimi)

təsirindən heyvanlarda hərəki (lokomotor) reaksiyaların necə icra olunduğunu və bunun nəticəsində qlükoza homeostazında bioritmik hansı dəyişikliklərin baş verdiyini öyrənmək idi. Stress faktoru kimi fiziki yükün sinir və neyroendokrin funksiyaların bioritmik (sirkad) olaraq dəyişməsinə təsiri tədqiq olunmuşdur.

Nəticə: İşıq və qaranlıq rejimlərində qanda qlükozanın miqdarı sirkad ritm üzrə dəyişilir və bu ritmik dinamikanın dayanıqlı şəkildə təzahür edilməsi periferik tənzimləmə mexanizmlərindən daha çox mərkəzi ritminduksiyaedici mexanizmlərindən (epifiz, hipotalamus və s.) asılıdır.

Təcrübi əhəmiyyəti: Müxtəlif yaş qruplarına aid olan dovşanların üzərində mühüm problemlərdən biri olan stress faktoru formasında fiziki yükün təsirindən heyvanlarda hərəki (lokomotor) reaksiyaların necə icra olunduğunu üzə çıxarmaqla bu prosesin nəticəsində qlükoza homeostazında bioritmik dəyişikliklərin necə baş verdiyini tədqiq etmək olduqca əhəmiyyətlidir.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət