Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Canliların həyat fəaliyyətinin molekulyar –genetik, fiziki-kimyəvi və eko-bioloji xüsusiy­yət­lərinin tədqiqi.

 

  1. Mikroorqanizmlərin təbiətdən skriningi  və onların bəzi xüsusiyyətlərinin  öyrənilməsi.Fermentləri biosintez edən aktinomisetlərin müxtəlif substratlardan skriningi və onların keyfiyyət göstəricilərinin öyrənilməsi.

 Mövzunun rəhbəri: b.e.n.dos. Həsənova Sevda Adilkom

İcraçılar : b.e.n.dos. Süleyma­nova Gülşən Çərkəz,  müəllim, b.ü.f.d Quliyeva Sevinc Məhi, müəllim, b.ü.f.d., Rəhimova Mehnurə Misir.

Məqsəd: Mikroorqanizmlərdən fizioloji fəal madddələrin (sənaye miqyasında) alınması üçün təbiətdən produsentliyə yararlı ştammların ayrılması.

Nəticə: Müəyyən edilmişdir ki, aktinomisetlərin miqdarı torpaq nümunələrində daha çox olmuşdur. Əsasən ağ və boz qruplara aid ştamları dominantlıq təşkil edir.

Təcrübi əhəmiyyəti:  Proteolitik və sellülolitik xüsusiyyətli bakteriya­ların müxtəlif sub­stratlardan və termal sulardan ayrılması və onların keyfiyyət gös­təricilərinin müəyyən­ləşdirilməsi. Ekzogen fermentləri biosintez edən bakteriyaların müxtəlif substratlardan ayrılması olmuşdur.

 

  1. Fermentləri biosintez edən bakteriyaların müxtəlif substratlardan skriningi və onların keyfiyyət göstəricilərinin öyrənilməsi.

Mövzunun rəhbəri: b.e.d.prof. Əhmədova Fərayət Ramazan

İcraçılar: dosent, b.ü.f.d. Babayeva İradə Tağı,  böyük laborant, b.ü.f.d. Alkişiyeva Kəmalə Sahib, laboratoriya müdiri Zakirova Nigar Qəhrəman.

Məqsəd. Proteolitik və sellülolitik xüsusiyyətli bakteriya­ların müxtəlif sub­stratlardan və termal sulardan ayrılması və onların keyfiyyət gös­təricilərinin müəyyən­ləşdirilməsi. Ekzogen fermentləri biosintez edən bakteriyaların müxtəlif substratlardan ayrılması olmuşdur.

Nəticə:  Tədqiqat nəticəsində  28 ştamm torpaqdan, 8 ştam isə sudan ayrılmışdır. Məlum olmuşdur ki, koloniyaların ətrafında əmələ gələn şəffaf zonalar diametrinə görə bir-birindən fərqlidir. Ştammlar  təmiz kulturaya çıxarılaraq növbəti tədqiqatlar üçün saxlanılmışdır.

Təcrübi əhəmiyyəti: Mikroorqanizmlərdən fizioloji fəal madddələrin (sənaye miqyasında) alınması üçün təbiətdən produsentliyə yararlı ştammların ayrılması

 

  1. Müxtəlif mikrorqanizmlərin əmələ gətirdiyi gümüş nanohissəciklərinin qrammənfi və qrammusbət bakteriyalara və Candida cinsli göbələklərə antimikrob təsiri .Maya göbələklərinin  əmələ gətirdiyi gümüş nanohissəciklərinin antimikrob aktivliyinin təyini.

Mövzünun rəhbəri: prof.Cəfərov Mirmusa Miriş

İcraçılar:, dos.əv.Şəfiyeva Samirə Məzahir, müəllim,b.ü.f.d. Hüseynova Sənəm İsmayıl, müəllim,b.ü.f.d. İsrayılova Aygün Əlimərdan.

Məqsəd: Gümüş nanohis­sə­cik­lər sintez edən maya göb­ə­ləklərinin antimik­rob ak­tivliyinin öyrə­nil­məsi və yeni antimik­rob xassəli maddələrin axtarıb tapıl­ması.

Nəticə:AgN03 duzunun optimal qatılığı  0,5 və 1,0 mM – da olaraq, 34,2 nm  və  37,5 nm təşkil etmişdir.  Hər iki  nümunədə əmələ gələn gümüş nanohissəciklər dairəvi formaya  malik olmuşlar. Gümüş nanohissəciklərin alınması üçün tədqiq edilən kulturalardan produsent kimi istifadə oluna bilər.

Təcrübi əhəmiyyəti: Antibiotik istehsalı üçün yeni alternativ antibiotik  və dərman agentlərinin axtarışı elmi ictimaiyyətin qarşısında duran aktual bir məsələdir.

 

  1. Süd turşusu bakteriyalarının bioloji fəal metabolitləri və onların biotexnologiyada tətbiq perspektivləri.Bitki mənşəli qida məhsullarından STB-lərin izolə edılməsi və onların göbələk əleyhinə fəallıqlarının tədqiqi

Mövzunun rəhbəri: b.e.d., dos. Güləhmədov Saib Qurban.

İcraçılar: Kərimova Leyla

Məqsəd: Fermentasiya edilmiş bitki mənşəli qida məhsullarından texnogen xassəli Süd turşusu bakte­ri­yalarının izolə edilməsi və onların probiotik xassələri­nin tədqiqi

Nəticə: Un nümunələrindən izolə edilmiş süd turşusu bakteriyalarının göbələk əleyhinə aktivliyinin tədqiqinə həsr edilmiş və müvafiq fəallığa malik bir neçə STB ştamı izolə edilmişdir. Həmin ştamların periferik menbran zülallarinin elektroforetik tədqiqi həyata keçirilmiş və alınan nəticələr əsasında süd turşusu bakteriyalarının yeni identifikasiya üsulunun yaradılması üçün uzunmüddətli tədqiqatlara start verilmişdir.

Təcrübi əhəmiyyəti: Göbələk əleyhinə antimikrob xassəli bakteriyaların müvafiq metabolitlərinin tədqiqi onların bir sıra sahələrdə geniş tətbiq perspektivlərinə malik olmaları.

 

  1. Müxtəlif coğrafi-iqlim şəraitinin və kombinasiyalı stress faktorunun Azərbaycanın kənd təsərrüfat əhəmiyyətli bitkilərinin bioloji və biotexnoloji göstəricilərinə təsirinin öyrənilməsi. Kombinasiyalı stress faktorunun ikiləpəli bitkilərin inkişafına və onların müdafiə sisteminə təsiri.

Mövzunun rəhbəri: b.e.d.,prof. Məmmədov Ziyəddin Mahmud

İcraçılar: müəllim,b.ü.f.d.Ocaqverdiyeva Səbinə Yaşar, müəllim Əmrahov Nurlan Rəşid.

Məqsəd:  Müxtəlif bölgələrdə becərilən yerli və introduksiya olunmuş üzüm sortlarının morfoloji, bioloji, təsərrüfat-texnoloji xüsusiyyətlərinə və onların məhsuldarlığına, məhsulun keyfiyyətinə və əmtəəlik dəyərinə, texnoloji göstəricələrinə təsir edən aqrotexniki tədbirlərin,  o cümlədən əlavə və süni tozlanma əməliyyatının öyrənilməsindən ibarətdir. Azərbaycanın kənd təsərrüfat əhəmiy­yət­li bitkilərinin inki­şafına kombina­s­i­yalı stress faktoru­nun təsirini öyrənmək.

Nəticə: mülayim stress şəraiti hər iki fermentin aktivliyini stimullaşdırır, kəskin stress şəraitində isə fermentlərin aktivliyi həm kök, həm də gövdə sistemi toxumalarında ingibirləşdirilir. Na2SO4 duzu məhlulları həm stimullaşdırma, həm də ingibirləşdirmə prosesinə NaCI duzu məhlullarına nisbətən daha güclü təsirə malik olmuşdur.

Təcrübi əhəmiyyəti: Son vaxtlar ölkə iqtisadiyyatının inkişaf etdirilməsində prioritet sahələrdən olan üzümçülük və şərabçılığın  inkişafına xüsusi diqqət yetirilir.

 

  1. Azərbaycanın müxtəlif coğrafi-iqlim şəraitində becərilən üzüm sortlarından alınan məhsulların keyfiyyət göstəricilərinin tədqiqi

Mövzunun rəhbəri: b.e.d.,prof. Məmmədov Ziyəddin Mahmud

İcraçılar: dosent, b.e.n. Cəfərov Zakir Ramazan.

Məqsəd: Müxtəlif bölgələrdə becərilən yerli və introduksiya olunmuş üzüm sortlarının morfoloji, bioloji, təsərrüfat-texnoloji xüsusiyyətlərinə və onların məhsuldarlığına, məhsulun keyfiyyətinə və əmtəəlik dəyərinə, texnoloji göstəricələrinə təsir edən aqrotexniki tədbirlərin,  o cümlədən əlavə və süni tozlanma əməliyyatının öyrənilməsindən ibarət olmuşdur.

Nəticə:  Tədqiqat zamanı aydınlaşdırılmışdır ki, əksər bar elementləri ilə kolun məhsuldarlığı arasında düz korrelyasiya əlaqəsi var. Ən yüksək əlaqə isə salxımların kütləsi ilə tənəyin məhsuldarlığı arasında olmuş və r=0,75 ± 0,11 olduğu təyin edilmişdir.

Təcrübi əhəmiyyəti: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə təsdiq edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və “2018-2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı” qəbul olunmuş və icra olunur.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət