I-İstiqamət: Canlı orqanizmlərdə müxtəlif amillərin təsiri nəticəsində genetik sistemdə baş verən dəyişkənliklərin və Azərbaycan florasının bəzi endemik və relikt bitkilərinin yaxın regionlarla filogenetik əlaqələrinin öyrənilməsi.
1.Bərk buğda genotiplərinin genetik müxtəlifliyinin ISSR genetik markerləri ilə tədqiqi.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: b.e.d., prof. Axundova Ellada Mirəli qızı, müəl., Əsədova Nahidə Ziyafəddin qızı.
Məqsəd: Tədqiqat işinin məqsədi istifadə olunmuş ISSR praymerləri arasında bərk buğda genotiplərinin genetik müxtəlifliyinin qiymətləndirilməsində yüksək effektivliyə malik praymerlərin seçilməsidir.
Nəticə: Analiz nəticəsində istifadə olunmuş İSSR praymerləri arasında bərk buğda genotiplərinin genetik müxtəlifliyinin qiymətləndirilməsində yüksək effektivliyə malik praymerlər seçilmişdir.
2.Ozon və elektromaqnit dalğaları ilə təsir edilmiş müxtəlif bitki toxumlarında yeni sintez olunmuş antioksidantların antimutagen effekti.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: prof. Babayev Məcnun Şıxbaba oğlu , dos. Hüseynova Nəzakət Tağı qızı, b.ü.f.d. Sərdarlı Həsən Mədət oğlu.
Məqsəd: Elektromaqnit dalğalarının törətdiyi zərərli genetik dəyişmələrinin qarşısını almaq üçün antioksidantlardan istifadə edilməsi
Nəticə: Elektromaqnit dalğalarının (şüalarının) yüksək dozaları (200MHs) digər mutagen maddələr kimi buğda toxumlarının laboratoriya şəraitində cücərmə faizini azaltmış və xromosom dəyişilmələrinin tezliyini yüksəltmişdir. Lakin, tərəfimizdən istifadə olunmuş antioksidant bu proseslərə müsbət təsir göstərir
3.Fiziki kimyəvi amillərin təsiri nəticəsində balıqlarda hipofiz,qalxanabənzər vəzi, qəlsəmə epitelisində və qan damarı hüceyrələrində dəyişməsi.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: b.e.n., dos. Komaçkova Zemfira Qurban qızı.
Məqsəd: Nərə balıqlarının (nərə, axca, ağ balıq) eyni yaşlı körpələrinin qəlsəmələrinin vəziyyətlərinin, neyrohipofiz və qalxanabənzər vəzilərinin optik mikroskopla, müasir rənglənmə metodlarının tətbiqi ilə öyrənilməsidir.
Nəticə: Tədqiqat işində nərə balıqlarının (nərə, axca, ağ balıq) eyni yaşlı körpələrinin qəlsəmələrinin vəziyyətləri, neyrohipofis və qalxanabənzər vəz mikroskopla öyrənilmişdir. Balıqları 1, 5 % və 1% dəniz duzu məhlulunda saxladıq. Alınan göstəricilərin analizi göstərmişdir ki, 1, 5 % dəniz duzunda adenohipofiz hüceyrələr aktivləşir.Balıqlarin hipofiz vəzinin davamlılığı NaCl məruz qalma dərəcəsindən asılıdır.
4.Fiziki və kimyəvi amillərin mərkəzi sinir sisteminə təsiri.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: : b.e.n., dos Səmədov Əlisəfa Əli oğlu.
Məqsəd: Yuxarıda göstərilənləri nəzərə alaraq susuzluq zamanı uzunsov beyində bazofil maddənin miqdarını öyrənməyi qarşıya məqsəd qoyuruq. Tədqiqat işləri siçovullar üzərində aparıldı. Heyvanlar 4 qrupa ayrıldı. Birinci qrupa (kontrol qrupa) normal olaraq qida və su verildi, digər qrup heyvanlar isə normal qida rejimində 1, 3, 5 gün ərzində susuz saxlanıldı.
Nəticə: Beləliklə sinir hüceyrələrinin funksional vəziyyətindən asılı olaraq neyroplazmada bazofil maddənin miqdarında kəskin dəyişikliklər baş vermişdir.
5.Azərbaycanın Milli Genbankına məxsus yerli bərk buğda (Triticum durum Lş) genotiplərinin müxtəlif genetik markerlər vasitəsilə müqasiyəli identifikasiyası.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: b.ü.f.d., dos.Salayeva Samirə Cəfər qızı.
Məqsəd: Azərbaycanın müxtəlif bölgələrindən alınmış və Milli Genbanka məxsus, növmüxtəlifliklərinə görə fərqlənən 20 bərk buğda (Triticum durum Desf.) genotipinin dənin texnoloji göstəriciləri əsasında çoxölçülü statistik analiz proqramları vasitəsilə identifikasiyası olmuşdur
Nəticə: Azərbaycanın müxtəlif bölgələrinə məxsus bərk buğda nümunələrinin təsərrüfat əhəmiyyətli texnoloji xüsusiyyətlərinin tədqiqində statistik analiz metodlarının tətbiqi öyrənilən genotiplərin yüksək polimorfizmini, zəngin genetik potensialını aşkarlamaqla onların seleksiya proqramlarında istifadəsinin effektivliyini göstərdi.
6.Qafqaz xurması (Diospyros lotus)növünün müxtəlif areallarının floragenetik təhlili.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: b.ü.f.d., Baxşəliyeva Natəvan Zöhrab qızı.
Məqsəd: Azərbaycanın müxtəlif ərazilərində yayılmış Qafqaz xurması (Diospyros lotus) növünün genetik müxtəlifliyini öyrənməyi qarşıya məqsəd qoyuruq Nəticə: Yoxladığımız antioksidant membranda gedən oksidləşmə proseslərini stabilləşdirməklə, hüceyrələrə daxilinə keçib genetik strukturları zədələyə bilən amillərin və proseslərin qarşısını almışdır.
7.Ekstrimal amillərin təsiri şəraitində becərilmiş bitkilərdə müdafiə zülallarının (SOD, katalaza) genlərinin stimullaşması.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: b.e.n Nəcəfli Möhübbət Hümbət oğlu.
Məqsəd: Duzluluq şəraitində SOD genlərinin aktivliyinin öyrənilməsidir
Nəticə: Müəyyən edilmişdir ki, ekstrimal təsirlər zamanı müdafiə genləri aktivləşir, bu da müdafiənin təmin olunması baxımından çox vacibdir.
II İstiqamət: Azərbaycan Respublikasının əhalisində irsi xəstəliklərin yayılma tezliyinin öyrənilməsi.
1.Bakı şəhərində qadınlar arasında servikal HPV DNT- nin yayılma tezliyinin araşdırılması.
Mövzunun rəhbəri: prof . Kamilə Əiyeva
İcraçılar: b.e.d., prof. Əliyeva Kamilə Əli Ağa qızı , müəl. Hacıyeva Könül Adıgözəl qızı.
Məqsəd: Bakı şəhərinin sağlam əhalisi arasında intraepitelial neoplaziya (CIN) və uşaqlıq boynu xərçənginin inkişafına səbəb olan insan papillomavirusunun (HPV) dominant onkogen genotiplərinin tezliyinin və CIN və uşaqlıq boynu xərçənginin yaranması üzrə risk qruplarının müəyyən edilməsini və virus yükünün qiymətləndirilməsinin aparılmasını qarşıya məqsəd qoyduq.
Nəticə: Tədqiqatda aparılan analizlər göstərmişdir ki, Bakıda sağlam qadın populyasiyasında HPV DNT 8,7% təşkil edir. Genital HPV infeksiyası riskinin yüksək səviyyəsi (tip 16 və tip 18) isə ümumilikdə 5 (2,43%) xəstədə aşkar olunmuşdur