Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Azərbaycan (Qarabağ) florasında rast gələn bitkilərin növ tərkibinin və bitki birliklərinin öyrənilməsi

 

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar:  Qurbanov Elşad Məcnun oğlu, Məmmədova Afət Oqtay qızı, Zeynalova Zemfira Abdul qızı,  Əfəndiyeva Şəhla Məmməd qızı, Cabbarov Musa Telman oğlu, Məmmədova Zülfiyyə Cəlal qızı, Mehdiyeva Lalə Neymət qızı, Səfərov Asim Rafiq oğlu, Baxşiyev Vazeh Sədi oğlu, Alosmanova Vəfa Mirəli qızı, Məmmədova Fidan Rasim qızı, Hüseynova Humirə Zəfər qızı, Əhmədova Nigar Afiq qızı, Aslanova Faiqə Şirnəli qızı

Məqsəd: Qarabağ florasının bitki biomüxtəlifliyini öyrənmək, ərazilər üzrə ekobotaniki aspektdə təhlil etmək, ərazilərin ekoloji qiymətləndirilməsini aparmaq,  proqnoz  və planlaşmanı vermək, optimallaşma imkanlarını araşdırmaq, problemlərin həlli ilə baglı  aidiyyatı  qurumlarla əlaqələr yaratmaq

Nəticə: Qarabağın bitki müxtəlifliyi, əraziləri ekobotaniki  təhlili, ərazilərin ekoloji qiymətləndirilməsi ,  proqnoz  və planlaşma verildi, optimallaşma imkanları araşdırıldı, problemlərin həlli ilə baglı  aidiyyatı  qurumlarla əlaqələr yaradıldı.


 

  2. Azərbaycan Respublikasının Qarabağ bölgəsinin (Kiçik Qafqazın mərkəzi hissəsinin) bitki örtüyünün öyrənilməsi. Şuşa rayonunun meşə və yüksək dağlıq bitkiliyinin araşdırılması və istifadəsi

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: Qurbanov Elşad Məcnun oğlu, Məmmədova Afət Oqtay qızı, Zeynalova Zemfira Abdul qızı,  Əfəndiyeva Şəhla Məmməd qızı, Cabbarov Musa Telman oğlu, Məmmədova Zülfiyyə Cəlal qızı, Mehdiyeva Lalə Neymət qızı, Səfərov Asim Rafiq oğlu, Baxşiyev Vazeh Sədi oğlu, Alosmanova Vəfa Mirəli qızı, Məmmədova Fidan Rasim qızı, Hüseynova Humirə Zəfər qızı, Əhmədova Nigar Afiq qızı, Aslanova Faiqə Şirnəli qızı

Məqsəd: Şuşa rayonunun təbii fitosenozlarına son illərdə antropogen fəaliyyət və müharibə zamanı texnogen təsirlərə görə ərazinin dendroflorası və bitkiliyi, eləcə də torpaqları deqradasiyaya uğramışdır. Araşdırmalar göstərir ki, bu rayonun ərazisində müharibə dövründə fasiləsiz antropogen və texnogen təsirlərə məruz qalan Şuşa və digər Qarabağ iqtisadi rayonlarında 30 il əvvəl olan biomüxtəliflik uzun bir dövrə ancaq bərpa oluna bilər. Odur ki, meşə və çəmən bitkiliyinin elmi-metodiki əsaslarla bərpa olunması qarşıya məqsəd kimi qoyulmuşdur.

NəticəSon 30 ildə torpaqdan və bitkilərdən sistemsiz istifadə məhsuldarlığı azaltmaqla yem keyfiyyətinin aşağı düşməsinə səbəb olmuşdur. Odur ki, belə neqativ təsirlərin davam etməsi, burada bitən endemik, adı “Qırmızı Kitab”a daxil edilən növlərin qorunmasında çətinlik yaradır. Buna görə də Şuşa rayonunun yay otlaqlarında yayılan alp və subalp bitkiliyinə dair geobotaniki araşdırmaya əsaslanmaqla aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyyə edilir: səthi yaxşılaşdırılmasına aid tədbirlərin (zərərli, zəhərli bitkilərin məhvi və s.) görülməsi; çim əmələ gətirən çoxillik yem bitkilərinin aqrotexniki qaydalara əsasən bərpası; seyrəkləşən sahələrə mineral və üzvi gübrələrin verilməsi; torpağın su-hava rejiminin tənzimləməsi və bitkilərin vegetasiyasından sonra alp və subalp, eləcə də çəmən-bozqır bitkiliyindən səmərəli istifadəsi. Qeyd olunan kompleks tədbirlərin Azərbaycan ərazisində Qarabağ yaylasında yerləşən Şuşa və digər inzibati rayonların yay otlaqlarında tətbiqi, orada təbii bitkiliyin, yabanı floranın, eləcə də biomüxtəlifliyin qorunması və biogeosenozun mühafizəsinə zəmin yaradacaqdır.


 

  3. Bitki müxtəlifliyinin müəyyənləşdirilməsi, ekoloji aspektdə təhlillərin aparılması. Ərazilər üzrə dominant növlərin müəyyən edilməsi.

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: Qurbanov Elşad Məcnun oğlu, Məmmədova Afət Oqtay qızı, Zeynalova Zemfira Abdul qızı,  Əfəndiyeva Şəhla Məmməd qızı, Cabbarov Musa Telman oğlu, Məmmədova Zülfiyyə Cəlal qızı, Mehdiyeva Lalə Neymət qızı, Səfərov Asim Rafiq oğlu, Baxşiyev Vazeh Sədi oğlu, Alosmanova Vəfa Mirəli qızı, Məmmədova Fidan Rasim qızı, Hüseynova Humirə Zəfər qızı, Əhmədova Nigar Afiq qızı, Aslanova Faiqə Şirnəli qızı

Məqsəd: Tədqiqat prosesində Cicer arientum L. bitkisinin yarpaqlarından alınan ekstraktdan istifadə edildi. Sintez olunmuş material tibbi tətbiqə əsaslanır.

Nəticə: Hesabat ilində Quercus cinsi nümayəndələrinin müxtəlif stress şəraitində indikator tədqiq edilib. Həmçinin Goranboy rayonunun “yaşıl iqtisadiyyat”, “bioiqtisadiyyat” davamlı inkişafı haqqında perspektivli ola biləcək imkanlar araşdırılır.


 

  4. Quba zonasında əkilənyumşaq buğda sortlarında sarı pas xəstəliyinin öyrənilməsi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: b.e.n., dosent Zemfira Zeynalova

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar:  Qurbanov Elşad Məcnun oğlu, Məmmədova Afət Oqtay qızı, Zeynalova Zemfira Abdul qızı,  Əfəndiyeva Şəhla Məmməd qızı, Cabbarov Musa Telman oğlu, Məmmədova Zülfiyyə Cəlal qızı, Mehdiyeva Lalə Neymət qızı, Səfərov Asim Rafiq oğlu, Baxşiyev Vazeh Sədi oğlu, Alosmanova Vəfa Mirəli qızı, Məmmədova Fidan Rasim qızı, Hüseynova Humirə Zəfər qızı, Əhmədova Nigar Afiq qızı, Aslanova Faiqə Şirnəli qızı

Məqsəd: Pas göbələyi ilə xəstələnmiş bitki üzərində narıncı pas ləkəsinə bənzər yastıqcıqlar, zolaqlar əmələ gəlir. Pas göbələkləri öz adını məhz buradan götürmüşdür. Göbələyin mitseliləri sahib bitkinin hüceyrəarası məsamələrinə daxil olur və haustorilər verir, bunlar sonradan piknidi, etsidi, uredo və teleytosporları əmələ gətirir və onları müşahidə etmək qarşıya məqsəd kimi qoyulur.

Nəticə: Hesabat ilində Quba rayonunun I Nügədi kəndindəki fermer təsərrüfatında apardığımız tədqiqat nəticəsində aydın oldu ki, üzərində təcrübə aparılan 3 buğda sortundan (“Günel”, “Türkiyə” və “Qobustan”) yalnız “Günel” bərk buğda sortu sarı pas xəstəliyi ilə çox güclü sirayətlənmişdir. Xəstəliyin inkişafı iyun ayının 2-ci ongünlüyünün sonunda başlamışdır. Bu da taxılın mum yetişmə dövrünə təsadüf edir. Bu dövrdə atmosfer çöküntüləri az olmuşdur və xəstəliyin inkişafı üçün heç bir şərait olmamasına baxmayaraq, “Günel” bərk buğda sortu sarı pas xəstəliyinə qarşı davamsız olmuşdur.


 

  5. Azərbaycanın Milli Genbankına məxsus yerli bərk buğda (Triticum durum Lş) genotiplərinin  müxtəlif genetik markerlər vasitəsilə müqasiyəli identifikasiyası.

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: : Qurbanov Elşad Məcnun oğlu, Məmmədova Afət Oqtay qızı, Zeynalova Zemfira Abdul qızı,  Əfəndiyeva Şəhla Məmməd qızı, Cabbarov Musa Telman oğlu, Məmmədova Zülfiyyə Cəlal qızı, Mehdiyeva Lalə Neymət qızı, Səfərov Asim Rafiq oğlu, Baxşiyev Vazeh Sədi oğlu, Alosmanova Vəfa Mirəli qızı, Məmmədova Fidan Rasim qızı, Hüseynova Humirə Zəfər qızı, Əhmədova Nigar Afiq qızı, Aslanova Faiqə Şirnəli qızı

Məqsəd: Azərbaycanın müxtəlif bölgələrindən alınmış və Milli Genbanka məxsus, növmüxtəlifliklərinə görə fərqlənən 20 bərk buğda (Triticum durum Desf.) genotipinin dənin texnoloji göstəriciləri əsasında çoxölçülü statistik analiz proqramları vasitəsilə  identifikasiyası olmuşdur 

Nəticə: Azərbaycanın müxtəlif bölgələrinə məxsus bərk buğda nümunələrinin təsərrüfat əhəmiyyətli texnoloji xüsusiyyətlərinin tədqiqində statistik analiz metodlarının tətbiqi öyrənilən genotiplərin yüksək polimorfizmini, zəngin genetik potensialını aşkarlamaqla onların seleksiya proqramlarında istifadəsinin effektivliyini göstərdi.


 

  6. Xudafərin su anbarının su-bataqlıq bitkiliyinin bioekoloji xüsusiyyətləri

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar:  Qurbanov Elşad Məcnun oğlu, Məmmədova Afət Oqtay qızı, Zeynalova Zemfira Abdul qızı,  Əfəndiyeva Şəhla Məmməd qızı, Cabbarov Musa Telman oğlu, Məmmədova Zülfiyyə Cəlal qızı, Mehdiyeva Lalə Neymət qızı, Səfərov Asim Rafiq oğlu, Baxşiyev Vazeh Sədi oğlu, Alosmanova Vəfa Mirəli qızı, Məmmədova Fidan Rasim qızı, Hüseynova Humirə Zəfər qızı, Əhmədova Nigar Afiq qızı, Aslanova Faiqə Şirnəli qızı

Məqsəd: Nymphaea alba L.-Ağ suzanbağı suzanbağıkimilər–Nymphaeaceae Salisb. fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növdür. Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, əsasdan az birləşmiş şəkildə olur. Ləçəklər və erkəkcik arasında keçid formalara da təsadüf olunur. Nəsli kəsilməkdə olan növlərin siyahısı çıxarılması əsas məqsəd olmuşdur. 


 

  8. Siyəzən və Şabran rayonlarının ərazisində ağac və kol bitkilərinin öyrənilməsi və onlarda göbələk xəstəliklərinin təyin edilməsi

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: : Qurbanov Elşad Məcnun oğlu, Məmmədova Afət Oqtay qızı, Zeynalova Zemfira Abdul qızı,  Əfəndiyeva Şəhla Məmməd qızı, Cabbarov Musa Telman oğlu, Məmmədova Zülfiyyə Cəlal qızı, Mehdiyeva Lalə Neymət qızı, Səfərov Asim Rafiq oğlu, Baxşiyev Vazeh Sədi oğlu, Alosmanova Vəfa Mirəli qızı, Məmmədova Fidan Rasim qızı, Hüseynova Humirə Zəfər qızı, Əhmədova Nigar Afiq qızı, Aslanova Faiqə Şirnəli qızı

Məqsəd: Pas xəstəliyinin əlamətləri əsasən bitkinin yarpağının hər iki tərəfində müşahidə olunsa da, alt tərəfdə uredosporların yığını daha çox olur. Sıx səpələnmiş və ya dairəvi yerləşən uredosporlar kiçik qruplar şəklində olurlar ki, onlar da pas ləkələrə bənzəyir və 0,2-0,5 mm diametrə malikdir. Xəstəliyə yoluxmuş yarpaqlar qalınlaşaraq pas rəngi alaraq vaxtından əvvəl tökülməyə başlayır. Tökülmüş yarpaqların üzərində pas rəngli ləkələr meydana çıxır. Bu məqsədlə tədqiqatlar aparılmalıdır. Unlu şeh xəstəliyi yayda yoluxmuş ağac və kol bitkilərinin üzərində müşahidə olunur. Xəstəliyin ilkin əlamətləri yarpaqların üst tərəfində ayrıca tünd-yaşıl rəngdə ləkələrin olmasıdır. Lakin xəstəliyin inkişafı üçün əlverişli şərait olduqda,yarpaqların üst tərəfində olan ləkələr yayılır və ağımtıl rəngli unaoxşar örtük əmələ gəlir.Unaoxşar örtük konidilərdən ibarətdir.Əmələ gələn konidilər külək vasitəsilə yayılır və yarpaqların üzərinə düşərək yoluxmanı sürətləndirir.

Nəticə: Qara ləkəlilik xəstəliyi ağac və kolların yarpaqlarında rast gəlinir. Bu xəstəliyi törədən fitopatogen göbələklər rütübətə və isti iqlimə çox həssasdırlar. Bitkilərin yarpaqları üzərində göbələyin konidiləri əmələ gəlir. Konidilər yarpaq ağızcıqlarından və ya yarpaq üzərindəki təsadüfi çatlardan yarpağın daxili toxumaları arasına keçir, tədricən oradakı hüceyrələri məhv edərək, burada artır və ləkələr-nekrozlar törədir. Xəstə yarpaqlar tezliklə qopub düşür. Pas xəstəliyini törədən göbələklər: palıd-Cronatrium guercus, vələs-Thekopsora arelolata, göyrüş-Melampsora betulae, ağcaqayın-Puccinia coranata, şərq fıstığı- Melampsora pintorqua, armud-Cymnosporangium comfusum, itburnu-Phagmidium disciflorum, yemişan-Cymnosporangium tremelloides, ardıc-Cymnosporangium sabinae. Unlu şeh xəstəliyini törədən göbələklər: palıd-Microsphera alphitioides,vələs-    Phyllactinia suffueta, göyrüş-Melampsoridium betulinum, ağcaqayın-Uncicula aceris,    şərq fıstığı-Phyllactinia guttata, armud-Podosphaera leucotricha, itburnu-Sphaerotheca pannoca, yemişan-Phyllactinia subtueta, ardıc-Podosphaera clandestina. Qara ləkəlilik xəstəliyini törədən göbələklər: palıd-Discula campestae, vələs-Coryreum foliicolum, göyrüş-Rhytisma salicinum, ağcaqayın-Rhytisma acerinum, şərq fıstığı-Phytophtora cactorum, armud-Entomosporium maculatum, itburnu-Phyllosticta rosarum, yemişan-Cercospora rosicola.  Ağac və kol bitkilərində bu göbələklərin yayılması onların müxtəlif vegetasiya dövrlərindən və bitkilərin növ müxtəlifliyindən asılıdır. Məlum olmuşdur ki, aşağı və orta dağ qurşaqlarında bitkilərin göbələk xəstəliyinə yoluxması daha yüksəkdir. Aparılan müşahidələr göstərdi ki, yüksək temperatur, rütubət və güclü işıq düşən yerlərdə pas, unlu şeh və qara ləkəlilik xəstəlikləri yaxşı inkişaf edir və geniş yayılaraq bir cox bitkilərə ziyan vurur.


II İstiqamət: Şoran torpaqlarda mədəni bitkilərin davamlılığının oksidləşdirici və ayırıcılarla artırılma yolları

  1. Duzluluq şəraitində mədəni bitki cücərtiləri köklərində apotomik yolun tədqiqi.

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: Qurbanov Elşad Məcnun oğlu, Abdıyev Vilayət Bəşir oğlu, İsmayılova Sevinc Muxtar qızı, Tahirli Sevda Məmmədsəlim qızı, Alıyeva Nigar Fazil qızı, Mazanova Sevinc Cahangir qızı, Məmmədova Gülarə Səfərqulu qızı, Abdullayeva Şəfəq Xanlar qızı, Kişiyeva Şani Şaban qızı

Məqsəd: Canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsaslarından istifadə edərək, stresə qarşı bitkilərin davamlılığının hüceyrə və molekulyar mexanizmini işləyib hazırlamaq.


 

  2. Duz stresi şəraitində mədəni bitki cücərtilərində flavoprotein oksida-zasıının aktivliyinin tədqiqi

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: Qurbanov Elşad Məcnun oğlu, Abdıyev Vilayət Bəşir oğlu, İsmayılova Sevinc Muxtar qızı, Tahirli Sevda Məmmədsəlim qızı, Alıyeva Nigar Fazil qızı, Mazanova Sevinc Cahangir qızı, Məmmədova Gülarə Səfərqulu qızı, Abdullayeva Şəfəq Xanlar qızı, Kişiyeva Şani Şaban qızı

Məqsədi: Bununla əlaqədar olaraq, duzların bitkilərə təsir mexanizmini aydınlaşdırmaq üçün arpa və buğda cücərtilərinin ilk inkişaf mərhələlərində biokimyəvi proseslərin tədqiqi nəinki nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. Bitki orqanizmində duzların toksiki təsirini tədqiqatçılar hüceyrə fermentlərinin aktivliyinin pozulması ilə əlaqələndirirlər. Bu baxımdan ekstremal duzluluq şəraitində 6-günlük arpa və buğda cücərtilərinin köklərində flavoprotein oksidazanın aktivliyinin təyini çox məqsədəuyğundur. Məlumdur ki, ekstremal duzluluq şəraitində duzun təsirindən tənəffüsün əsas – sitoxrom yolunun pozulması səbəbindən flavin oksidazanın iştirakı ilə alternativ yolu işə düşür.Tənəffüsün alternativ yolunda flavin oksidazaları tənəffüs substratının hidrogenini (elektronları) bilavasitə molekulyar oksigenə verdiyindən məhsul kimi bitkilərə zərərli təsir göstərən hidrogen peroksid toplanır və oksigenin aktiv formalarının meydana çıxması üçün zəmin yaranır. Fermentin aktivliyi spektrofotometrik üsulla təyin olunmuşdur.

Alınmış nəticələr: Aşkar olunmuşdur ki, torpaq kulturasında becərilmiş 6-günlük arpa və buğda cücərtilərinin köklərində flavoprotein oksidazanın aktivliyi yerüstü hissəyə görə yüksəkdir. NaCl-un müxtəlif qatılıqlarının (25-100 mM) fermentin aktivliyinə təsirinin öyrənilməsinə dair aparılan tədqiqatlar göstərmişdir ki, duzun qatılığının artması ilə arpa cücərtilərinin həm kök, həm də yerüstü hissəsində fermentin aktivliyi xətti artır. Buğda cücərtilərində isə bir az fərqli nəticə alınmışdır. Cücərtilərin kök sistemində duzun qatılığı artdıqca fermentativ fəallığın xətti olaraq artsa da, yerüstü hissədə başqa mənzərə ilə rastlaşırıq. Yerüstü hissədə NaCl-un nisbətən aşağı qatılığında (25-50 mM) fermentin aktivliyi artır, qatılığın sonrakı artımı (75 mM) ilə isə fermentativ fəallıq zəifləyir, lakin kontroldan yüksək olur, yəni, duzun yüksək qatılığında fermentin aktivliyi kontrola görə artsa da, bu artım xətti xarakter daşımır. 


 

  3. Duzluluq şəraitində Zn nanohissəciklərinin birləpəli bitki (qarğıdalı) toxumlarının suudma prosesinə təsiri dinamikasının tədqiqi

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: Qurbanov Elşad Məcnun oğlu, Abdıyev Vilayət Bəşir oğlu, İsmayılova Sevinc Muxtar qızı, Tahirli Sevda Məmmədsəlim qızı, Alıyeva Nigar Fazil qızı, Mazanova Sevinc Cahangir qızı, Məmmədova Gülarə Səfərqulu qızı, Abdullayeva Şəfəq Xanlar qızı, Kişiyeva Şani Şaban qızı

Məqsədi: Duzlu mühit toxumun su udmasına, cürəmə prosesinə, inkişafına  mənfi təsir göstərir. Hesabat dövründə ZnO nanohissəciklərinin, bu hissəciklərin duzlu şəraitdə (0,6M NaCl) birləpəli bitkilərin nümayəndəsi qarğıdalı bitkisi (Zea Mays) toxumlarının su udma prosesinə təsiri öyrənilmişdir.  Təcrübələr 3 variantda : a-yoxlama (su)  b- 0,6M NaCl (dus stressi)  və  ZnO +0,6MNaCl variantlarında  aparılmışdır. ZnO nanohissəciklərin 1mq/ml qatılıqda məhlulu hazırlanmış və qarğıdalı toxumları bu məhlulda 25 saat müddətində saxlanmışdır. Kontrol məhlul kimi distillə suyu götürülmüşdür. Toxumlar hər saatdan bir məhluldan çıxarılıb, filtr kağızı ilə qurudulmuş, analitik tərəzidə 0,001 dəqiqliklə çəkilmiş və yenidən məhlula qoyulmuşdur.

Alınmış nəticələr: Təcrübələrdən müəyyən olunmuşdur ki, digər nanohissəciklrdn fərqli olaraq, ZnO nanohissəcikləri qarğıdalı bitkisinin toxumlarında su udma prosesinin intensivliyində müəyyən dəyişikliklərə səbəb ola bilmişdir - nanohissəciklər toxumalrn suudma prosesində təcrübnin iki saatından artıma səbəb olmuşdur. İntensivlik təcrbə boyu saxlanılmışdır. Duzluluq şəraitinin yaratdığı təsirlə    nanohissiciklərin təsiri arasında sinergik mübnasibət müşahidə edilir. Hər iki amilın eyni zamanda təsiri zamanı toxumlarn suudması daha da yaxşılaşmışdır. Şoranlaşma şərtlərinn yaratdığı çətinliklərin  bəzi nanohissəciklərin istifadə ediməsinin bu istiqamətdə problemin həllinə səbəb ola biləcəyini ehtimal etməyə əsas  verir.


 

  4. Quraqlıq və duz stresləri zamanı qarğıdalı cücərtilərində Krebs tsiklinin bəzi fermentlərinin aktivliyinin tədqiqi

Mövzunun rəhbəri: Qurbanov Elşad Məcnun oğlu

İcraçılar: Qurbanov Elşad Məcnun oğlu, Abdıyev Vilayət Bəşir oğlu, İsmayılova Sevinc Muxtar qızı, Tahirli Sevda Məmmədsəlim qızı, Alıyeva Nigar Fazil qızı, Mazanova Sevinc Cahangir qızı, Məmmədova Gülarə Səfərqulu qızı, Abdullayeva Şəfəq Xanlar qızı, Kişiyeva Şani Şaban qızı

Məqsədi: Piruvatdehidrogenaza fermentinin aktivliyi quraqlıq və duz stresinə məruz qalmış qarğıdalı yarpaqlarında gün ərzində işığın intensivliyindən, mühitin pH-dan, bufer məhlullarının növündən, temperaturdan və ammonium sulfatın miqda­rından asılı olaraq öyrənilmişdir. Təcrübələr zamanı cücərtilərin ikinci yarus yarpaq­la­rından istifadə olmuşdur. Müəyyən olunmuşdur ki, fermentin aktivliyi işığın inten­iv­liyinin dəyişməsi ilə həmahəng olaraq dəyişir, yəni günün birinci yarısı artır, ikinci yarısında isə azalmağa başlayır. Piruvatdehidrogenaza aktivliyi işığın intensivliyi ilə tənzim olunur və yüksək işıq intensivli­yin­də stress nümunələrində fermentin aktivliyi kontrolla müqayisədə yüksək olmuş­dur. Ən yüksək aktivliyə quraqlıq variantının bitkiləri malik olmuşlar ki, bu da görü­nür fermentin aktivliyinin bitkidə suyun miqdarı ilə induksiya olunması ilə bağlıdır.Fermentin aktivliyi reaksiya mühitinin pH-dan və bufer məhlulunun növündən və qatılığından çox asılıdır. Bu asılılıq stress şəraitində fermentə davamlılığın yaranmasında geniş imkanlar verir. Bu məqsədlə fərqli pH tutumuna malik olan iki növ bufer məhlulu - Tris-HCl (pH 7,8-9,0) və fosfat bufer (pH 6,2-7,4) məhlulları götürülmüşdür. Piruvatdehidrogenaza fermentinin aktivliyi bütün variantlarda pH və buferin qatılığından asılı olaraq eyni şəkildə dəyişir. Bu zaman variantları bir-birlərindən fərqləndirən cəhət aktivliklərin qiyməti olmuşdur. Bu təcrübələrdə Tris-HCl buferi 80-100 mM qatılıq­larda və 7,4-7,8 pH-da ferment daha fəal olmuşdur. Kontrol variantlarda piruvatdehdrogenaza ən aktiv olmuş, II-IV yerləri isə, uyğun olaraq, quraqlıq, sulfat və xlorid tərkibli duz stresləri nümunələri tutmuşdur.

Alınmış nəticələr: Alınan nəticələr onu deməyə əsas verir ki, nə quraqlıq və nə də duz stresi fermentin aktivliyinin pH maksimumuna təsir edərək onu dəyişdirmir. NADP-İDH aktivliyinə aktivator və inhibitorla tənzimi zamanı müəy­yən olunmuşdur ki, aktivatorun 10 mM, inhibitorun qatılığının 2,5 mM qiy­mətində fermentin aktivliyi optimal tənzim olunur. Burada ATF ədəbiyyatlarda da göstərildiyi kimi əks tormozlanmaya səbəb olan rəqabətli inhibitor rolunu oynayır. Digər bir təcrübədə piruvatdhidrogenaza fermentinin aktivliyinin temperaturdan asılı­lığı öyrənilmişdir. Nəticələrdən məlum olmuşdu ki, piruvatdhirogenaza fermentinin aktivliyi temperaturun aşağı qiymətlərində aşağı olur. Temperaturun artması ilə fermentin aktivliyi bütün variantlarda artır və 40-50oC-də maksimuma çatır. Temperaturun sonrakı yüksəlməsi fermentin aktivliyinin aşağı düşməsinə səbəb olur. Beləliklə, qarğıdalı yarpaqlarında piruvatdehidrogenaza fermentinin aktivliyinin optimal qiyməti bütün variantlarda 40-50oC intervalında olur. Fermentin 40-50oC temperaturda və geniş pH diapazonunda yüksək aktivlik göstərməsi onun adaptivlik xassəsi kimi qəbul oluna bilər.

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət