QİSA BİOQRAFİK MƏLUMAT
20 sentyabr 1952-ci ildə Tovuz rayonunda anadan olub. 1969-cu ildə Tovuz rayonunda orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1969-1974 - Azərbaycan Dövlət Universiteti, Biologiya fakültəsini bitirib
1976-1980 - Azərbaycan Dövlət Universiteti, Biologiya fakültəsi Bitki fiziologiyası kafedrası üzrə dissertantura
1987 - biologiya elmləri namizədi
1992 - dosent
2017 - biologiya üzrə elmlər doktoru
ƏMƏK FƏALİYYƏTİ
1975-1978 - Bakı Dövlət Universiteti , Genetika və Darvinizm kafedrasında laborant
1978-1980 - Azərbaycan Dövlət Universiteti Bitki fiziologiyası kafedrasında baş laborant
1980-1988 - Bakı Dövlət Universiteti Bitki fiziologiyası kafedrasında assistent
1988-1991 - Bakı Dövlət Universiteti Bitki fiziologiyası kafedrası – baş müəllim
1992-2017 - Bakı Dövlət universiteti Bitki fiziologiyası kafedrasında dosent
1998–2019 - Bakı Dövlət universiteti Biologiya fakultəsində elmi işlər üzrə dekan müavini
2017-2020 - Bakı Dövlət universiteti, Bitki fiziologiyası kafedrasının müdiri
2020 - Bakı Dövlət universiteti, Bitki fiziologiyası və Botanika kafedrasının professoru
TƏDRİS ETDİYİ FƏNLƏR
- Bitki fiziologiyası
- Biostatistika
- Tətbiqi biostatistika
- Bitkilərdə su mübadiləsi və mineral qidalanma
TƏDQİQAT SAHƏSİ
- Bitkilərin şoranlığa davamlılığı
- Bitkilərdə ionlarında udulma kinetikası
MÜKAFATLAR
2019 – Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı
2019 - Bakı Dövlət Universitetinin 100 illik yubiley medalı
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAK
2019 – Beynəlxalq elmi-praktiki konfrans, Daşkənd
2020- Beynəlxalq elmi-praktiki konfrans, Sevastopol
2021- X Beynəlxalq elmi-praktiki konfrans, Bakı
2021 – AMEA – nın II Beynəlxalq elmi-praktiki konfransı, Bakı