QISA BİOQRAFİK MƏLUMAT
1950-ci il 22 mayda Tovuz rayonunda anadan olub. 1967-ci ildə Tovuz şəhəri A.S. Puşkin adına orta məktəbdə bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin tələbəsi olub.
1974 - 1977 Moskva Dövlət Universitetinin aspirantı
1981 - biologiya elmləri namizədi, namizədlik dissertasiyasının mövzusu “Temperatur və fizioloji aktiv maddələrin bitki hüceyrələrinin elektrokimyəvi xarakteristikalarına təsirinin tədqiqi”
1999 - dosent
2013 – biologiya üzrə elmlər doktoru, doktorluq dissertasiyasının mövzusu “Bitki hüceyrələrinin plazmatik membranının daşıma xüsusiyyətlərinin modifikasiyasının biofiziki mexanizmləri”
2017 - professor
ƏMƏK FƏALİYYƏTİ
1972-1974 - Virusologiya, mikrobilogiya və gigiyena institutunda kiçik elmi işçi
1978-1986 - Azərbaycan RespRespublikası EA-nın Fizika İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi
1986-1990 - “Dənizneftqazlayihə”İnstitutunda mühəndis, elmi işçi
1990-1998 - Biotexnologiya ETL-in elmi işçisi, Biofizika və biokimya kafedrasının müəllimi, baş müəllimi
1998-2013 - Bakı Dövlət Universitetinin Biologiya fakültəsi, Biofizika və biokimya kafedrası, dosent
2013 – Bakı Dövlət Universitetinin Biologiya fakültəsi, Biofizika və biokimya kafedrası, professor (hal-hazıradək)
TƏDRİS ETDİYİ FƏNLƏR
- Biofizika
- Membran proseslərinin biofizikası
- Biosistemlərin modelləşdirilməsi və simulyasiyası
- Tətbiqi fizika
- Biologiyada riyazi modellər
- Riyaziyyatın seçilmiş bölmələri
130-dan çox elmi əsərinn, o cümlədən 8 kitab və 2 ixtiranın müəllifidir. Beynəlxalq elmi konfranslarda məruzələrinin məqalə və tezisləri çap olunub.
ELMİ TƏDQİQAT SAHƏSİ
- Bioloji membranların fizikası
- Bioloji membranda iondaşıma prosesləri
MÜKAFATLAR
2019 - “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
BEYNƏLXALQ KONFRANSLARDA, SIMPOZIUM VƏ SEMİNARLARDA İŞTİRAKI
1975 - Leninqrad, Beynəlxalq Botanika konqresi
1998 - Turkiyə, Samsun, XIV Ulusal Bioloji konqresi
1999 - İstanbul, Türkiyə, Balkan ölkələrinin Botanika konqresi
2003 - Minsk, Belarusiya. “Ksenobiotiklər və canlı sistemlər” II Beynəlxalq konfransı
2004 - Adana, Türkiyə, XVII Ulusal Bioloji konqresi
2005 - Bakı, "İqtisadiyyat, Ekologiya, Energetika” beynəlxalq konqresi
2006 - Minsk, Belarusiya, “Biosistemin fəaliyyətinin hüceyrə, membran və molekulyar əsasları” beynəlxalq elmi konfransı
2007 - Bakı, ”İqtisadiyyat, Ekologiya, Energetika” beynəlxalq konqresi
2008 - Minsk, Belarusiya, ”Ksenobiotiklər və canlı sistemlər” III Beynəlxalq elmi konfransı
2010 - Rusiya-Miçurinsk, ”Nadir və qeyri-ənənəvi bitkilərin intraduksiyası” beynəlxalq elmi-metodik konfransı
2011 - Rusiya-Puşino, ”Yeni, qeyri-ənənəvi bitkilər və onlardan istifadə perspektivləri” beynəlxalq simpoziumu
2011 - Rusiya-Nijnıy-Novqorod, Rusiya bitki fizioloqlarının VII qurultayı
2012 - Polşa-Krakov “Elmin inkişaf perspektivləri”, Elmi-metodik konfransı
2013 - Polşa-Qdansk “Nəzəri və praktiki innovasiyalar” elmi konfransı