Samirə Şəfiyeva elmi seminarda məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 15 dekabr 2022-ci il tarixində saat 12.00-da 461 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti, b.ü.f.d Samirə Məzahir qızı Şəfiyeva “Mikroorqanizmlərin kulturalar kolleksiyasında saxlanılması” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə mikroorqanizmlərin kolleksiyalarının formalaşması və saxlanılmasını təsvir edən müasir elmi işlərin analitik icmalı veriləcək. Mikroorqanizmlərin saxlanılması üçün müxtəlif üsulların aparılması nəzərdən keçiriləcək. Saxlanılma üsullarının təkmilləşdirilməsi yolları göstəriləcək, bu da mikrob kulturalarının konservasiyası üçün yeni perspektivlər açır.