Ceyhunə Elçin qızı Həmidovanın 2411.01-"İnsan və heyvan fiziologiyası" ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir

07 iyul 2026-cı il saat 11:00-da 445 saylı auditoriyada Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının dissertantı Ceyhunə Elçin qızı Həmidovanın 2411.01-"İnsan və heyvan fiziologiyası" ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “PRENATAL HİPOKİNEZİYA KEÇİRMİŞ BOĞAZ DOVŞANLARIN VƏ ONLARIN YENİDOĞULMUŞ BALALARININ QAN GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: Azərbaycan Tibb Universitetinin “Normal fiziologiya” kafedrasının professoru, t.e.d. Əhməd Kazımov, elmi məsləhətçi AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi dosent, b.ü.f.d. Elmira Ağayeva
Arzu edənlər iştirak edə bilərlər.