Səbinə Novruz qızı Ömərovanın 2406.02-"Biokimya" ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir

16 oktyabr 2026-cı il saat 12:00-da Bakı Dövlət Universitetinin Biofizika və biokimya, Molekulyar biologiya və biotexnologiyalar kafedralarının birgə genişləndirilmiş iclasında Biofizika vəbiokimya kafedrasının doktorantı Səbinə Novruz qızı Ömərovanın 2406.02-"Biokimya" ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Bitki mənşəli nanohissəciklərin canli sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Elmi məsləhətçiləri: Molekulyar biologiya İnstitutunun direktoru akademik İradə Hüseynova və Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, f-r.e.d., professor Rövşən Xəlilovdur.
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas tədris binası, IV mərtəbə, 449 saylı auditoriya
Arzu edənlər iştirak edə bilərlər.