«Plastik tullantıların ətraf mühitə təsiri» mövzusunda elmi seminar keçiriləcək
15.04.2022-ci il tarixində saat 14:00-da 449-cu auditoriyada, Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə «Plastik tullantıların ətraf mühitə təsiri» mövzusunda elmi seminar keçiriləcək.
Plastik tullantıların ətraf mühitə təsiri çox vacib mövzudur. Ölkəmiz də plastik tullantıların təmizlənməsi və plastikdən istifadənin alternativ materiallarla əvəzedilməsi ilə məşğul olur. Bizim də gənclər olaraq vəzifəmiz öhdəliklərimizi öyrənib, ətrafımızı da məlumatlandırmaqdır. Seminarın mövzusu plastikin yaranması, ətraf mühitə və təbiətə təsiri, onun həyatımızdakı rolu və təkrar emalı ilə əlaqəlidir. Seminarda plastiki əvəz edəcək materiallar və geri dönüşüm müzakirə ediləcək.
Qeyd: Seminar azərbaycan dilində olacaq.
Məruzəçi - I kurs 163R qrup tələbəsi Qasımova Səkinəxanım