Nurlan Əmrahov məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 01 mart 2023-cü il tarixində saat 14-00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda TİİMM-nın "Biomühəndislik" ETL elmi işçisi, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının 0.5 ştat müəllimi Nurlan Əmrahov “Bitkilərin genetik transformasiyası” adlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu bitkilərin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə müasir genetik transformasiya mexanizmlərinin araşdırılması və aqrar sektorda bu texnologiyanın tətbiqini əhatə edəcəkdir. Elmi seminarda məruzəçi patogenlər vasitəsilə bitki genotiplərinin dəyişdirilməsinin mexanizmlərini, həmçinin digər mümkün vasitələrdən istifadə haqqında geniş məlumat verəcəkdir."Gene gun" metodu, RUBY texnologiyası və sair metodlar da bu çıxışda öz əksini tapacaqdır.