Nuranə Fazil qızı Lətifovanın dissertasiya işinin müdafiəsi keçiriləcəkdir
28 iyun 2024-cü il saat 11:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının iclasında Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının sabiq doktorantı Nuranə Fazil qızı Lətifovanın 2406.02-"Biokimya" ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Diabet mənşəli qlomerulopatiyaların bəzi patobiokimyəvi xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
İclasa aşağıdakı link vasitəsilə Microsoft Teams platforması üzərindən onlayn qaydada qoşulmaq mümkündür:
Elmi rəhbər: Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının məsləhətçi–professoru Arif Mustafa oğlu Əfəndiyevdir.
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas tədris binası, IV mərtəbə, Elmi kitabxana.
Arzu edənlər iştirak edə bilərlər.