İsmail Fridunbəyovun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçiriləcəkdir
11 iyun 2025-ci il, saat 10:30-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərən FD 2.31 Dissertasiya Şurası nəzdində 2406.01-“Biofizika” ixtisası üzrə Elmi seminarda Biofizika və Biokimya kafedrasının dissertantı İsmail Yusif oğlu Fridunbəyovun həmin ixtisas üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Radioaktiv çirklənmə zamanı hüceyrələrin biofiziki parametrlərinin indikator xassələri /Индикационые свойства биофизических параметров клеток при радиоактивном загрязнении” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbərlər: f.-r.e.d., professor Xəlilov Rövşən İbrahimxəlil oğlu
b.ü.f.d., dos. Nəsibova Aygün Namiq qızı
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas bina, 4-cü mərtəbə, 445-ci auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.