Gülzar Vidadi qızı Nərimanova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək
31 mart 2022-ci il, saat 11:00-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərən FD 2.31 Dissertasiya Şurası nəzdində 2406.02-“Biokimya” ixtisası üzrə Elmi seminarda Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının dissertantı Gülzar Vidadi qızı Nərimanovanin həmin ixtisas üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Hamiləliyin gedişini ağirlaşdiran torch infeksiyalar zamani bəzi antimikrob peptidlərin və sitokinlərin tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: b.e.d., professor Arif Mustafa oğlu Əfəndiyev
Elmi məsləhətçi: t.e.d., professor Akif İrzaxan oğlu Qurbanov
Müzakirənin keçiriləcəyi məkan: BDU, əsas bina, 4-cü mərtəbə, 445-ci auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.