Günel İsmayılovanın dissertasiya işinin müdafiəsi keçiriləcəkdir
27 iyun 2025-ci il saat 14:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının iclasında Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının sabiq doktorantı Günel Hüseynağa qızı İsmayılovanın 2406.02-"Biokimya" ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Metaloksid nanohissəciklərin buğda genotiplərinin yarpaqlarında antioksidant fermentlərə təsirinin tədqiqi” (“Исследование влияния наночастиц оксидов металлов на активность антиоксидантных ферментов в листьях генотипов пшеницы”) mövzusunda dissertas
Elmi rəhbər: AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Xloroplastların fotokimyası” laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Əzizovdur.
İclasa aşağıdakı link vasitəsilə Microsoft Teams platforması üzərindən onlayn qaydada qoşulmaq mümkündür:
Müdafiənin keçiriləcəyi yer: Bakı Dövlət Universiteti, 2 saylı tədris binası, III mərtəbə, 307 saylı auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.