Elmi seminarda Nailə Zahir qızı Əliyevanın dissertasiya işinin müzakirəsi keçiriləcəkdir
21 aprel 2025-ci il, saat 14:30-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasına daxil olan dissertasiyaların müzakirəsini keçirən 2406.02 - “Biokimya” ixtisası üzrə Elmi seminarda Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının doktorantı Nailə Zahir qızı Əliyevanın 2406.02 - "Biokimya" ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Abiotik stress şəraitində becərilən qarğıdalı cücərtilərində NADPH-əmələ gətirən fermentlərin tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: b.e.d., professor Ziyəddin Mahmud oğlu Məmmədovdur.
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas tədris binası, IV mərtəbə, 461 nömrəli auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.