Nurlan Əmrahov məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Elm günü” ilə bağlı silsilə tədbirlər sırasında 11 mart 2022-ci il tarixində saat 14-00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov “Patogen və bitkilərin qarşılıqlı əlaqəsinin tədqiqinin təbiətin sabitliyində rolu” adlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu bitkilərin müxtəlif neqativ faktorların təsirinə məruz qalaraq kəmiyyət və keyfiyyət göstəricilərinin aşağı düşməsi və bu proseslə əlaqədar bitki-patogen əlaqəsinin araşdırılması və bitkilərin müdafiə mexanizmlərinin bu prosesə müdaxiləsinin, bitkilərin immun mexanizmlərin patogenlərinin müəyyənləşdirməsi (ilkin identifikasiyası-liqand-reseptor əlaqəsinin formalaşması hesabına), məhv etməsi və ortaya çıxan problemləri əhatə edəcəkdir. Elmi seminarda məruzəçi patogenlərə daha dözümlü bitki genotiplərinin müəyyən edilməsi üçün qısa müddətli skrininq analizlərin həyata keçirilməsinə gərəkli mexanizmlərin tədqiqi və təhlilinin vacib olması Patogenlərin (bakteriya, göbələklər,virus və zərərvericilərin) neqativ təsirləri bitkilərin müxtəlif toxumalarının zədələnməsi, toksinlərin toplanması və təbiətdə mübadilə prosesinin əsas son halqası kimi insan orqanizminə zərər vurması, təbiətin tarazlığının pozulması ilə nəticələnə bilir. Bu mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması prioritet məsələdir. Seminarda patogen və bitkilərin qarşılıqlı əlaqəsinin təbiətdə stabilliyin qorunmasında rolu, mexanizmlərin təhlilinin verilməsi məqsədi daşıyır.