b.ü.f.d. Həşimov Ramin Tahir oğlunun dissertasiya işinin genişləndirilmiş ilkin müzakirəsi keçiriləcəkdir

09 fevral 2026-cı il saat 12:00-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin genişləndirilmiş iclasında Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının 2401.01 – “Zoologiya” ixtisası üzrə elmlər doktoru proqramının dissertantı b.ü.f.d. Həşimov Ramin Tahir oğlunun “AZƏRBAYCANDA OPHISOPS ELEGANS (MENETRIES, 1832), LACERTA STRIGATA (EICHWALD, 1831), TENUIDACTYLUS CASPIUS (EICHWALD, 1831) (REPTILIA, SAURIA) NÖVLƏRINƏ EKOLOJİ AMİLLƏRİN TƏSİRİ VƏ ONLARIN SİTOLOJi-HİSTOLOJİ TƏDQİQİ” mövzusunda dissertasiya işinin genişləndirilmiş ilkin müzakirəsi keçiriləcəkdir.
Elmi məsləhətçi: Bakı Dövlət Universiteti Biologiya fakültəsi Zoologiya və fiziologiya kafedrasının müəllimi, b.e.d., prof. Nəcəfov Canbaxış Əli oğlu
Müzakirənin keçiriləcəyi yer: BDU, əsas bina, IV mərtəbə, 445 saylı auditoriya
Arzu edənlər iştirak edə bilərlər.