Biologiya fakültəsinin məzunu Fərdi Mahmudzadənin elmi seminarı keçiriləcək
Biologiya fakültəsinin məzunu Fərid Mahmudzadə onlayn formatında keçirilən elmi seminarda Alzheimer xəstəliyinin demensiyanın ən geniş yayılmış tipi olduğunu və neyrodegenerativ xəstəliklər qrupuna aid edildiyini auditoriyaya çatdırdı.
O qeyd etdi ki, xəstəlik adətən 65 yaşdan.yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Xəstəliyin tam müalicə üsulu olmasa da, simptomlari azaldan və xəstəliyin ağırlaşmasını aradan qaldıran dərman terapiyası istifadə olunur. Son zamanlar Alzheimer xəstəliyinin kök hüceyrə ilə müalicəsi üzərində geniş tədqiqatlar gedir.
Məruzəçi onlayn şəklində auditoriyaya çatdırdı ki, kök hüceyrələr özü-özünü yeniləyə bilən ixtisaslaşmamış hüceyrələrdir və fərqli hüceyrə qruplarına ixtisaslaşma xüsusiyyətlərinə görə bir çox xəstəliyin müalicəsində istifadə olunmağa başlanmışdır.
Fərdi Mahmudzadə Alzheimer xəstəliyinin sinir hüceyrələrinin ölümüylə nəticələnən neyrodegenerativ xəstəlik olduğunu və bu patogenezə görə xəstəliyin müalicəsində kök hüceyrə terapiyasının ən yaxşı üsul olmasını qeyd etdi. Məruzəçi fərqli kök hüceyrə qruplarını Alzheimer xəstəliyi olan siçanlara transplantasiya və enjeksiya edildikdə kök hüceyrələrin yeni sinir hüceyrələrinə çevrilməsini, xəstəliyin bəzi simptomlarında azalma müşahidə edilməsini göstərdi. Belə ki, Fərdi Mahmudzadə elmi seminarda əsas patogenetik göstəricilər olan amiloid beta və hiperfosforilizasiya olmuş tau proteinlərinin miqdarının azaldığını, konqitiv və yaddaş xüsusiyyətlərində irəliləmə olduğunu göstərdi.
Sonda məruzəçi bu sahənin daha çox araşdırılmasının lazım olduğunu və kök hüceyrə müalicəsinin müsbət nəticəri ilə yanaşı , bir sıra mənfi nəticələrini də olduğunu qeyd etdi.