Beynəlxalq konfrans keçiriləcək
2023-cü il 15-17 may tarixlərində Özbəkistan Respublikası Andijan Dövlət Universiteti, Türkiyə Respublikası Ege Universiteti və Azərbaycan Respublukası Bakı Dövlət Universitetlərinin birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması: müasir problemlər, həll yolları və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans keçiriləcəkdir. Bu konfrans Avrasiya, xüsusən də Türk dövlətlərində birgə əməkdaşlıq, tədqiqat ənənələrini dirçəltmək üçün planlaşdırılıb.
Konfransa materiallar aşağıdakı bölmələr üzrə qəbul edilir:
- Avrasiyada genetik biomüxtəlifliyin problem və həlli yolları;
- Nadir bitki və heyvanlar mühafizəsi, onların bərpası;
- Su ekosistemlərinin biomonitorinqi və onların mühafizəsi;
- Avrasiyada fotosintezedici orqanizmlərin qorunması;
- Avrasiyada bakteriyaların, göbələklərin və onların simbiotik partnyorlarının (tərəf müqabillərinin) qorunması.
Konfrans haqqında məlumatlarla və təqdim olunacaq materialların tərtibat qaydaları ilə http://iceb.ege.edu.tr/ elektron səhifəsinə daxil olmaqla ətraflı tanış ola bilərsiniz.
Konfransla bağlı suallarınızı cavablandırmaq üçün əlaqə nömrəsi: (+994 50) 350-27-27; e-mai: [email protected]