Bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin nəzərinə
Azərbaycan Respublikasının imzaladığı hökümətlərarası müqavilələrə uyğun olaraq hər il qeyd olunan ölkələr (Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistan, Latviya və s.) Azərbaycan vətəndaşları üçün təqaüd yerləri ayırır. Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqaviləyə uyğun olaraq, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2023/2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı bakalavriat və magistratura səviyyələri üçün nəzərdə tutulmuşdur. Namizədlər üçün təhsil haqqı, aylıq təqaüd, dərs vəsaitləri, tibbi xidmət, həmçinin gediş-gəliş biletləri təqaüd proqramı çərçivəsində maliyyələşdirilir.
Əlaqələndirici şəxs: Ruqiyə Ağamalıyeva ([email protected], 5305)