Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Bakı şəhərində 31 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Tezislərin göndərilməsi üçün son tarix – 15.05.2023-cü il.
Konfransın əsas elmi istiqamətləri:
1. Azərbaycanın təbii kompleksləri, ekosistem tədqiqatları, ətraf mühitin qorunması
2. Bioloji müxtəliflik, onun mühafizəsi və səmərəli istifadəsi
3. Qorunan ərazilər, onların idarəolunması problemləri
4. Azərbaycanın landşaftlarının torpaq və su ehtiyatları
5. Ekoloji və bioloji resursların dinamikası, populyasiya tədqiqatları
6. Paleobiologiya və geobiologiya
7. Canlı növlərin tədqiqinə müasir (o cümlədən molekulyar-genetik) yanaşmalar
8. Azərbaycan təbiətinə dair elektron məlumat bazaları və rəqəmsal xəritələşdirmə
9. İşğaldan azad edilmiş ərazilərin təbiəti
10. Ekoturizm
Tezislər conference.biol.2023@gmail.
Konfransın dili: Azərbaycan və ingilis dilləri
Tezisin göndərildiyi məktubun mövzu yerində “Konfrans-Azərbaycan təbiəti” sözlərinin yazılması tələb olunur.
Tezis faylının (vord) adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı və adı ilə başlanmalıdır.
Tezislərin tərtibi qaydaları
Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.
Tezisin mətni:
Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.05 olmaqla, ən çoxu 1 səhifə həcmində olmalıdır.
Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.
Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə tezisin məliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra otradanitalik şrifti ilə hər müəllifin iş yeri, ölkəsi, korrespondent* müəllifin e-mail ünvanı verilir.
Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.
Tezislər orijinal tədqiqat işlərinin nəticələrini əks etdirməlidir. Tezis təqdim edən şəxslər konfransda mütləq çıxış etməlidirlər.
Tezislər təşkilat komitəsinin dəyərləndirməsindən sonra nəşr üçün qəbul ediləcəkdir. Tələblərə uyğun olmayan tezislər çap olunmayacaq.