Aynurə Cəlilovanın dissertasiya işinin müdafiəsi keçiriləcəkdir
21 oktyabr 2022-ci il tarixində saat 15.00-da Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının iclasında Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının sabiq dissertantı Aynurə Rafiq qızı Cəlilovanın 2406.01-"Biofizika" ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “AŞAĞI TEMPERATUR STRESİ ŞƏRAİTİNDƏ DUNALIELLA SALINA IPPAS D-294 HÜCEYRƏLƏRİNDƏ ANTİOKSİDLƏŞDİRİCİ SİSTEMİN TƏDQİQİ” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas bina, III mərtəbə, 316-cı auditoriya.
İclasa aşağıdakı link vasitəsilə ilə Microsoft Teams platforması üzərindən onlayn qaydada qoşulmaq mümkündür:
Arzu edənlər iştirak edə bilərlər