5 aprel 2022-ci il tarixində dəyirmi masa təşkil olunacaq.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 5 aprel 2022-ci il tarixində saat 12:00-da 4-cü mərtəbə Elmi Kitabxanada Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “2 aprel – Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Autizm xəstəlik deyil, fərqlilikdir”mövzusunda dəyirmi masa təşkil olunacaq.
Tədbirin mahiyyəti autizmin nə demək olduğunu açıqlamaq, autizmlə əlaqədar maarifləndirilməni artırmaq və autizmli insanların cəmiyyətdə normal qarşılanmalı olduğunu aşılamaqdır. Tədbirdə qonaqlarımız “Loqos” psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Mustafayeva Aynur, psixoloq Mirzəliyeva Aygül və BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının doktorantı Quliyeva Pərvin iştirak edəcəklər. Onlar autizmin əlamətləri, özünü göstərmə şəkli və autistik uşaqlarla davranış qaydaları haqqında məlumat verəcəklər.
Autizm fərqlilikdir. Xəstəlik deyil. Gəlin belə insanlara qarşı anlayışlı olaq. Təkcə bu günlərdə yox ,hər zaman onlara qayğıkeş, mehriban yanaşaq.
Arzu edənlər iştirak edə bilər.