“Aprel döyüşləri”-nə həsr olunmuş tədbir keçiriləcək
Biologiya fakultəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 12 aprel 2022-ci il tarixində saat 12:00 da 445 saylı auditoriyada “Aprel döyüşləri”-nə həsr olunmuş tədbir keçiriləcək. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Aprel döyüşlərinə həsr edilmiş tədbirin mahiyyəti də gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarətdir. Qonaqlarımız Aprel döyüşləri və 2-ci Vətən Müharibəsi iştirakçıları Ağazadə Şair, Qurbanov Şəmsəddin, Babayev İlkin,Nəsirov Fətulla və Əhmədov Nicatdır. Bundan əlavə tədbirdə Aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun valideynləri və Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov da iştirak edəcəklər.
Aprel döyüşlərinin Azərbaycan xalqı üçün, dövlətimiz üçün, ordumuz üçün çox böyük əhəmiyyəti var. Aprel döyüşləri bizim şanlı qələbəmizdir və gələcək nəsillərə bir öyüd, nəsihət yeridir.
Arzu edənlər iştirak edə bilər.