ABŞ-nın Vayoming Universitetinin elmi işçisi phd. Ayxan Yusifov məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 15 mart 2023-cü il tarixində saat 12-00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda ABŞ-nın Vayoming Universitetinin elmi işçisi phd Yusifov Ayxan Fərrux oğlu “Ürək Çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş- və cins – fərqləri” adlı məruzə ilə çıxış edəcək. Elmi seminarda məruzəçi ürək çatışmazlığının qanda katekolaminlərin miqdarının kəskin artması ilə xarakterizə edildiyini və bu katekolaminlər ürəkdə Adrenergik Reseptorlara (AR) birləşdiyini və ürək çatışmazlığının baş verdiyi haqqında geniş məlumat verəcəkdir. Məruzəçi adrenergik reseptor zəncirinin aktivşləşdirilməsində müşahidə olunun fərqləri başa düşmək üçün bütöv reseptor zəncirində baş verən dəyişikləri barədə geniş məlumat verəcəkdir. Ürək çatışmazlığında istifadə edilən β- blokerlərin istifadəsi zamanı xəstənin yaşı və cinsi nəzərə alınmalı olduğunu , əlavə olaraq AR aktivləşdirilməsində fərqlərin olması haqqında aparığdığı tədqiqatlar barəsində auditoriyaya məlumatları çatdıracaqdır.