12 aprel 2022-ci il tarixdə növbəti elmi seminar keçiriləcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 12 aprel 2022-ci il tarixində saat 14:00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Əliyev Saleh “Azərbaycan çaylarının makrozoobentosunun növ tərkibi və yayılması” adlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu Azərbaycanda çayların makrozoobentosunun növ tərkibi və onun yayılma xüsusiyyətləridir. Məruzəçi makrozoobentik orqanizmlərin su hövzələrinin bioloji məhsuldarlığının formalaşmasında iştirak etməsi, bioloji məhsul əmələ gətirməsi, eyni zamanda həmin orqanizmlərin təbii bioloji filtratorlar olub, suyun öz-özünə bioloji yolla təmizlənməsində xüsusi rolunun mexanizmləri haqqında məlumat verəcəkdir. Makrobentik orqanizmlər suyun üzvi maddələrlə çirklənmə dərəcəsinin göstəricisidir, və ekosistemdə qida zəncirinin bir həlqəsi olaraq, digəriləri üçün konsument rolunu oynayır. S. Əliyev makrobentik orqanizmlərin istifadə sahəsi, bəzi sahib və sahələr haqıqında maraqlı məlumatları nəzərə çatdıracaqdır. .
Məruzəçi həm də çaylarda təbii hadisələr makrozoobentosun formalaşmış biosenozununa mənfi təsiri və ekosistemdə normal balansı saxlamağın yolları haqqında da danışacaqdır.
Arzu edənlər iştirak edə bilər!