Nuranə Lətifovanın dissertasiya işinin müzakirəsi keçiriləcəkdir
23 aprel 2024-cü il, saat 14:30-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasına daxil olan dissertasiyaların müzakirəsini keçirən Elmi seminarda Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının doktorantı Nuranə Fazil qızı Lətifovanın 2406.02-"Biokimya" ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Diabet mənşəli qlomerulopatiyaların bəzi patobiokimyəvi xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: b.e.d., professor Arif Mustafa oğlu Əfəndiyevdir.
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas tədris binası, III mərtəbə, 351 nömrəli auditoriya.