Hidrometeorologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş «Hidrometeorologiyanın müasir nailiyyətləri və inkişaf istiqamətləri» mövzusunda elmi–praktik konfrans keçiriləcək
Hörmətli həmkarlar!
2024-cü il 28-29 mart tarixlərində Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının 50 illiyinə həsr olunmuş “Hidrometeorologiyanın müasir nailiyyətləri və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.
Konfransın məqsədi – hidrometeorologiyanın müasir nailiyyətləri və inkişaf istiqamətlərinin müzakirə olunmasıdan ibarətdir:
- İqlim dəyişmələrinə adaptasiya və davamlı inkişaf;
- Geoinformasiya texnologiyalarının hidrometeorologiyada tətbiqi;
- Hidrometeorologiyanın fundamental və tətbiqi problemləri ;
- Su ehtiyatlarının inteqrasiyalı idarə olunması;
- Hidrometeoroloji göstəricilərə (xarakteristikalara) təbii və antropogen amillərin təsiri
Tərtibat qaydaları
Konfransa təqdim olunacaq materiallar xüsusi topluda çap olunacaq və aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:
- Məqalələrin mətnləri 5-8 səhifə həcmində A-5 formatda, 12 keql şriftlə, MS Word redaktorunda (*.doc, *.docx), Arial şriftində, sətirarası 1,0 intervalla, vərəqin hər tərəfindən 2,0 sm məsafə saxlamaqla yığılmalı və elektron variantda təqdim edilməlidir.
- Materiallar azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Hər bir materiala qısa xülasə verilməlidir. Material azərbaycan dilində təqdim olunarsa, xülasə rus və ingilis dillərində, digər dildə verildikdə, qalan iki dildə yazılmalıdır.
- Materialda aşağıdakılar göstərilməlidir:
UOT; bölmənin adı (sağ tərəfdə); məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12); müəllifin (müəlliflərin) adı və soyadı (kiçik hərflərlə, qalın şriftlə, ortada, şrift 10); işin yerinə yetirildiyi müəssisənin adı (kiçik hərflər, ortada, şrift 10) və e-mail ünvanı; xülasə (90 – 150 söz, şrift 11); açar sözlər (5-6 söz, şrift 11); materialın mətni; nəticə və tövsiyələr; istifadə edilmiş ədəbiyyat siyahısı.
- Materialın əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm); Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Qəribov, 2014).
5.Konfransa təqdim edilən materiallar rəydən keçdikdən və konfransda məruzə edildikdən sonra çap olunacaq.
Konfransın işində iştirak etmək istəyənlər 2024-ci il fevral ayının 27-dək materialları Təşkilat komitəsinə təqdim etməlidirlər.
Təşkilat komitəsinin ünvanı: Azərbaycan Respublikası, AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33. Bakı Dövlət Universiteti, Əsas bina, IV mərtəbə, Coğrafiya fakültəsi, otaq № 401
Əlaqə nömrələri: (+99412 ) 539 05 01 (+99450) 330-80-05; (+99455) 744-72-14
Elektron poçt ünvanı: quliyeva1959@mail.ru
MƏQALƏNİN TƏRTİB FORMASI
UOT:
TITLE OF THE ARTICLE
Anar Nuriyev
PhD, Associate Professor
Baku State University, Azerbaijan
Email:
Abstract: minimum 90-160 words.
Key words: 5-6 words.
UOT:
MƏQALƏNİN ADI
Nuriyev Anar Ataxan oğlu
Bakı Dövlət Universiteti, Azərbaycan