Elmi seminarda Günel Hüseynağa qızı İsmayılovanın dissertasiya işinin müzakirəsi keçiriləcəkdir
25 aprel 2025-ci il, saat 11:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasına daxil olan dissertasiyaların müzakirəsini keçirən 2406.02 - “Biokimya” ixtisası üzrə Elmi seminarda Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının sabiq doktorantı Günel Hüseynağa qızı İsmayılovanın 2406.02 - "Biokimya" ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi "Metaloksid nanohissəciklərin buğda genotiplərinin yarpaqlarında antioksidant fermentlərə təsirinin tədqiqi" (Исследование влияния наночастиц оксидов металлов на активность антиоксидантных ферментов в листьях генотипов пшеницы) mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: AMEA-nın müxbir üzvü, b.e.d., professor İbrahim Vahab oğlu Əzizovdur.
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas tədris binası, IV mərtəbə, 461 nömrəli auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.