Biologiya üzrə Olimpiada keçiriləcək
Əziz tələbələr,
23-24 may 2024-cü il tarixində BDU-nun 105 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri tələbələrinin Biologiya üzrə Respublika Olimpiadası keçiriləcəkdir. Olimpiadada Respublikanın Ali Təhsil Müəssisələrində Biologiya və Tibb elmləri üzrə uyğun ixtisaslarda təhsil alan bakalavr tələbələri iştirak edə bilər. Olimpiadaya hazırlaşmaq məqsədi ilə müsabiqənin proqramı (sillabus) və təşkil olunacaq təlimlərin cədvəli aşağıda təqdim edilir. Müsabiqə iştirakçılarına dəstək üçün müvafiq ədəbiyyat mənbələri və elektron resurslar https://biology.bdu.info.az/ keçidi vasitəsi ilə təqdim olunur. Olimpiadada iştirak üçün qeydiyyat tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin özü tərəfindən aparılır. Qeydiyyat üçün aşağıdakı cədvəl formasından istifadə edərək iştirakçıların tam siyahısını hazırlayıb əlaqələndirici şəxsə 10 may 2024-cü il tarixinədək göndərməyiniz xahiş olunur.
Bütün tələbələri olimpiadada aktiv iştirak etməyə dəvət edir və onlara uğurlar diləyirik!
Hörmətlə,
Biologiya fakültəsinin dekanı, prof. Afət Məmmədova
PROQRAM
Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri tələbələrinin Biologiya üzrə Respublika Olimpiadasının sillabusu
I. Hüceyrə biologiyası
Həyatın kimyəvi və molekulyar tərkibi
Hüceyrə strukturu və həyati formaların müxtəlifliyi
Hüceyrə metabolizmi
Membran biologiyası
II. Molekulyar biologiya və genetika
Klassik genetikanın prinsipləri, irsiyyət və dəyişkənlik, statistik təhlillər
İrsiyyətin molekulyar əsasları; həyati proseslərin molekulyar-genetik tənzimi, epigenetik dəyişikliklər
Genom, canlılar aləmində genomun struktur-funksional təşkili, təkamülü
Biotexnologiyanın əsasları
Populyasiya genetikası və irsi xəstəliklər
III. Bitki və heyvan biologiyası
Bitki və heyvanlar aləminin taksonomiyası, quruluş xüsusiyyətləri və inkişafı
Bioloji müxtəliflik, Xəzərin fauna və florası
Tibbi və təsərrüfat əhəmiyyətli bitkilər
IV. İnsan anatomiyası və fiziologiyası
Homeostaz və immun tənzimləmə
Daxili orqanlar sisteminin anatomiyası və fiziologiyası
Neyro-endokrin tənzimləmə
V. Ekologiya və davamlı inkişaf
Qlobal ekoloji dəyişikliklər və ətraf mühitin mühafizəsi
Bioloji sistemlərin alternativ enerji mənbələri
Yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl texnologiyalar
TƏLİMLƏR
Tarix |
Saat |
Mövzu |
Moderator |
Təlim forması |
Keçid üçün link və ya auditoriya |
13 May |
14.00 |
Biokimya |
Anar Qocayev |
online |
|
14 May |
10.15, 12.00 |
İnsan və heyvan fiziologiyası |
Elvin Hüseynov |
offline |
|
15 May |
12.00, 13.50 |
Genetika |
Samirə Salayeva |
offline |
|
16 May |
12.00 |
Zoologiya (onurğasızlar) |
Elyanə Tahirova |
offline |
|
16 May |
13.50 |
Zoologiya (onurğalılar) |
Sevinc Hümbətova, Səbinə Əsgərova |
offline |
|
QEYDİYYAT
*Aşağıdakı sualları cavablandırıb, subject bölməsinə Olimpiada - 2024 yazmaqla, formanı [email protected] e-mail ünvanına 10 may 2024-cü il tarixinədək göndərməyiniz xahiş olunur.
№ |
Tələbənin adı, atasının adı, soyadı
|
Təhsil aldığı müəssisə, ixtisas, kurs, qrup
|
Təhsil dili |
Təvəllüdü
|
FİN kodu
|
E-mail və əlaqə nömrəsi
|
1. |
||||||
2. |
ƏLAQƏ
Bakı Dövlət Universiteti (Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148), əsas tədris binası, 2-ci mərtəbə, otaq 283a
Telefon: (+99412) 5391091
Əlaqələndirici şəxs – Sevinc Hümbətova
e-mail: [email protected]
ƏDƏBİYYAT MƏNBƏLƏRİ VƏ ELEKTRON RESURSLAR:
BOTANİKA ÜZRƏ
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Ali bitkilerin sistematikasi.pdf
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Botanika derslik.pdf
İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI ÜZRƏ
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI_I hissə.pdf
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI_II hissə.pdf
ZOOLOGİYA ÜZRƏ
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Binder1-rus.pdf
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Binder2-az.pdf
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Ar2012-420_compressed.pdf
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Onurğalılar zoologiyası (1).pdf
https://kubsau.ru/upload/iblock/661/661d9bc66cb74aa55e12fa12aef2b498.pdf
BİOKİMYA ÜZRƏ
https://bdu.info.az/storage/files/57/OLİMPİADA%20KİTABLAR/BIOLOJI%20KIMYA.pdf
GENETİKA VƏ MOLEKULYAR BİOLOGİYA ÜZRƏ
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Genetics and Molecular Biology.pdf
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Binder1-rus.pdf
https://bdu.info.az/storage/files/57/OLİMPİADA KİTABLAR/Binder2-az.pdf