Biologiya üzrə II Respublika Olimpiadasi keçiriləcək

Əziz tələbələr,
18 - 19 may 2026-cı il tarixində ümummilli lider Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri tələbələrinin Biologiya üzrə Respublika Olimpiadası keçiriləcəkdir. Olimpiadada Respublikanın Ali Təhsil Müəssisələrində Biologiya və Tibb elmləri üzrə uyğun ixtisaslarda təhsil alan bakalavr tələbələri iştirak edə bilər. Olimpiadaya hazırlaşmaq məqsədi ilə müsabiqənin proqramını (sillabus) cədvəli və müsabiqə iştirakçılarına dəstək üçün müvafiq dərs vəsaitlərinin elektron versiyaları fakültə saytına yerləşdiriləcək: https://biology.bdu.info.az/. Qeydiyyat üçün aşağıdakı linkdən istifadə edərək müvafiq məlumatları 4 may 2026-cı il tarixindən gec olmayaraq göndərməyiniz xahiş olunur.
https://forms.gle/JRbNHjwZ4qFszAzcA
Bütün tələbələri olimpiadada aktiv iştirak etməyə dəvət edir və onlara uğurlar diləyirik!
Hörmətlə, Biologiya fakültəsinin dekanı, prof. Afət Məmmədova
ƏLAQƏ
Bakı Dövlət Universiteti (Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148), əsas tədris binası, 2-ci mərtəbə, otaq 283a
Telefon: (+99412) 5391091
Əlaqələndirici şəxs – Rasim Abbaszadə
e-mail: [email protected]