2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə qəbul prosesi çərçivəsində imtahanların aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur

2026-cı il üçün doktoranturaya qəbul üzrə imtahan proqramları və komissiyalar barədə
2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə qəbul prosesi çərçivəsində imtahanların aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
“Fəlsəfə” fənni üzrə imtahan: 1–3 sentyabr 2026-cı il
İxtisas imtahanları: 8–10 sentyabr 2026-cı il
Qəbul üzrə “Fəlsəfə” fənni və ixtisas imtahanlarının proqram və sualları müvafiq fakültələrin aidiyyəti kafedralarının saytlarında yerləşdirilməlidir.
Eyni zamanda “Fəlsəfə” fənni və ixtisaslar üzrə imtahan komissiyalarının rəsmiləşdirilməsi məqsədilə komissiya tərkibləri ilə bağlı sənədlərin 15 iyun 2026-cı il tarixinədək elektron sənəd dövriyyəsi vasitəsilə təqdim edilməsi tələb olunur.
Doktorantura şöbəsi