Biologiya fakültəsinin missiyasına uyğun olaraq məqsəd və vəzifələri həyata üçün qarşıda beynəlxalq elmi və təhsil təcrübələrinə yiyələnmək zərurəti durur. Biologiya fakültəsində beynəlxalq əməkdaşlıq çərçivəsində seminarlar, ustad dərsləri, tələbə-müəllim mobilliyi, doktorantlara ikili rəhbər, magistratura səviyyəsində ikili diplom proqramları, yay və qış məktəblərinin təşkili həyata keçirilir.
Biologiya fakültəsi Türkiyə Respublikası (Diclə Universiteti, Mardin Artuklu Universiteti, İzmir Texnologiya İnstitutu, Ege Universiteti), Rusiya Federasiyası (Rusiya Elmlər Akademiyasının Bitki fiziologiyası institutu, Lomonosov adına Moskva Dövlət Universiteti , Çexiya Respublikası (Karlova Universiteti, Çex Respublikasının Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun “AlgaTech” mərkəzi, Praqanın Kimya Texnologiyaları İnstitutu, Çexiyanın Brno şəhərindəki Mendel Universiteti, Çexiyanın Cənubi Bohemiya Universiteti), Almaniya (Heidelberg Universiteti, Mains Universitetinin nəzdində Tibb mərkəzinin Patobiokimya İnstitutu), Belçika, Fransa (Brest Universiteti, NANT), İtaliya (Pavia Universiteti), İspaniya (La Korunya Universiteti), İngiltərə (Vestminster Universiteti), İsrail (Yerusəlim universiteti), Qazaxıstan (Avrasiya Milli Universiteti), Özbəkistan ( Andijan Dövlət Universiteti), ABŞ (Emory universiteti) və s. ölkələrin aparıcı universitetləri, elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir, birgə elmi tədqiqat işləri yerinə yetirilb, müxtəlif beynəlxalq proqramlar çərçivəsində elm və tədris sahəsində səmərəli əməkdaşlıq qurulub.
Mübadilə proqramları
Qrantlar