Kafedra haqqında

Biotibbi materiallar kafedrası 2022-ci ilin yanvar ayında yaradılmışdır. Kafedra Azərbaycan ilə İSESCO-nun əməkdaşlığı əsasında yaradılmışdır. Kafedranın  müdiri k.e.d., prof. Ülviyyə Əliməmməd qızı Həsənovadır.

Biotibbi materiallar kafedrası biologiya, kimya, ətraf mühit, farmakologiya və materialşünaslıq sahələrinin kəsişməsində innovativ materialların yaradılmasını və bu yolda proseslərin inkişafını təmin edir. Biotibbi materiallar ixtisaslaşması üzrə hazırlanan mütəxəssislər, yeni materialların dizaynı, tədqiqi və tətbiqi, bioloji aktivliyə malik maddə və dərman vasitələri, qida sənayesi və ətraf mühitin problemlərinin həlli üçün material və proseslərin işlənib hazırlanması və həyata keçirilməsi də daxil olmaqla, geniş spektrli fəaliyyətlərlə məşğul olurlar.

Biotibbi materiallar, qida sənayesi və ətraf mühitin mühafizəsi (ekologiya) üçün yeni materialların yaradılması ilə bağlı aparılan elmi tədqiqat işləri əsasında kafedrada magistratura və doktorantura səviyyələrində ixtisaslaşmalar hazırlanır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət